ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp qalmaqallı açıqlamalar verməyə davam edir.Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Demokratları Senat və Ağ Evi ələ keçirməyə çalışmaqda ittiham edib.
"Demokratlar Senatı və Ağ Evi ələ keçirməyə çalışır. Buna icazə verməyəcəyik. Sonuna qədər savaşacağıq. Əlimizdəki son müdafiə aləti Senatdakı kürsülərdir. Bunlara sahib çıxmalıyıq", - deyə Tramp əlavə edib.
Həmçinin xarici siyasət məsələlərinə toxunan ABŞ prezidenti Şimali Koreya və digər problemli məsələlərdə uğur əldə etdiyini, Baydenin bu uğurları saxlaya bilməyəcəyini düşündüyünü bəyan edib.
Tarix: 5-01-2021, 11:47