Britaniyada COVID-19-dan can verən adam, etdiyi xahişi ilə hər kəsi təəccübləndirib.
Bu barədə “Daily Mail” xəbər verib.
40 yaşında olan Leon Bouz və bir yerdə yaşadığı 38 yaşlı Nikola Cennison noyabr ayının əvvəlində koronavirus xəstəliyinə tutulduqdan sonra özlərini təcrid ediblər.
Cennisonun dediyinə görə, sevgilisinin səhhətində ciddi problem olmayıb, demək olar ki, içki və siqaret çəkməyib. Bouzda əvvəlcə heç bir yoluxma əlaməti göstərilməyib, lakin sonradan vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Vəziyyəti getdikcə ağırlaşan Bouz tənəffüs aparatına qoşulub, növbəti dörd həftəni reanimasiyada keçirmək məcburiyyətində qalıb. Bu müddətdə iki dəfə sətəlcəm olub, həmçinin böyrəkləri də sıradan çıxmağa başlayıb.
Həkimlər onun sağ qalma şansını yüzdə bir olaraq qiymətləndirdilər.
“Mənə ünvanladığı son sözləri bu oldu: “Məni yatızdırmayın, oyanmayacağam”. Bunu eşitmək o qədər ağır idi ki...", - deyə Cennison olanları xatırlayarkən bildirib.
Bouzun bu xahişi hər kəsi təəccübləndirib. Cennison ona özünü ələ almasını, tezliklə evdə olacağını deyib.
İsrarlı xahişinə baxmayaraq, Bouz süni komaya salındı... və o, bir daha ayılmadı, özünə gəlmədən öldü.
Cennison hər şeyin necə baş verdiyini hələ də anlamadığını deyir.
“Heç vaxt siqaret çəkməmiş, heç içməmiş, çölə çıxmamış, həmişə belə ehtiyatlı idi, amma indi o, yoxdur”, - deyə qadın bildirib.oxu
Tarix: 5-01-2021, 07:59