1944-cü ildə bu ərazilər yenidən SSRİ-yə qaytarılıb Estoniya Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib. AYNA xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Xenn Polluas açıqlama verib.
Spiker deyib ki, 1920-ci ildə imzalanan Tartu müqaviləsi hələ də qüvvədədir. Həmin sənəd SSRİ ilə Estoniya arasındakı sərhədləri müəyyənləşdirib.
Müqaviləyə əsasən, Pskov rayonunun Peçora bölgəsi və Narvının sağ sahilindəki torpaqlar Baltik respublikasına verilib. Lakin 1944-cü ildə bu ərazilər yenidən SSRİ-yə qaytarılıb.
Qeyd edək ki, Polluas ötən il də oxşar açıqlama vermişdi. Daha sonra Estoniya rəhbəri ölkəsinin NATO-ya daxil olma şərtlərini xatırlatmışdı. Bildirmişdi ki, 2004-cü ildə rəsmi Tallin İkinci Dünya müharibəsindən sonrakı sərhədlərinin bərpa olunmasını istəyir.
Tarix: 4-01-2021, 08:41