ABŞ-da dünyaca məşhur "fəst-fud" zəncirində qeydə alınan görüntülər sosial mediada gündəm mövzusuna çevrilib.Qalmaqala səbəb olan görüntülərdə mətbəxdə çalışan qadının əlini şalvarının içinə saldıqdan sonra əllərini yumadan işinə davam etdiyi görülüb.
Baş verən hadisə zamanı hamburger yemək istəyən bir müştəri, əlavə olaraq kartof sifariş verib. Bu zaman əlləri şalvarının içində olan qadın əllərini çıxardıqdan sonra müştərinin sifarışini apararaq yenidən işini davam etdirib.
Qadının görüntülərini qeydə alan müştəri videonu sosial mediada paylaşdıqdan sonra minlərlə izləyici baş verənlərə qarşı sərt reaksiya göstərib. Video ilə bağlı açıqlama verən şirkət rəsmiləri gigiyena qaydalarına çox diqqət etdiklərini, ancaq sözügedən videonun 2016-cı ildə çəkildiyini və görüntüdəki qadının hazırda onlarla çalışmadığını açıqlayıb.
Moderator.az
Tarix: 4-01-2021, 07:40