İsrail İranın hücumuna hazırlaşır






İsrail ordusu İranın İraq və Yəməndə dəstəklədiyi döyüşçülər tərəfindən ediləcək mümkün hücumlara hazırlaşır.

Axar.az xəbər verir ki, bu məlumatı İsrail İctimai Televiziyası yayıb.

Məlumata görə, İsrail ordusunun yüksək vəzifəli nümayəndələri ötən həftə İsrail ordusunun mümkün zərbə variantlarını müzakirə ediblər.

Qeyd edək ki, bundan öncə İsrail energetika naziri Yuval Ştaynits İranın İsrailə hücum üçün bəhanə axtardığını bildirmişdi. İsrail Baş Qərargah rəisi Aviv Koxavi isə İranı xəbərdar edərək, istənilən hücuma sərt cavab verəcəklərini açıqlamışdı.
Tarix: 3-01-2021, 20:33
Xəbəri paylaş



Xəbər lenti