Ermənistan 2 250 Türkiyə malının İran malları ilə əvəz olunacağını bəyan edib. “Qafqazinfo” bildirir ki, bu barədə “News.am” İranın “Mehr” agentliyinə istinadən xəbər verib.“Türkiyə sanksiyaları ilə əlaqədar olaraq, Ermənistan Türkiyədən idxal olunan 2 250 malı İran malları ilə əvəz etmək niyyətindədir”, - İranın Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi deyib.
O qeyd edib ki, bu, İran istehsalçıları üçün yaxşı fürsətdir.
Tarix: 3-01-2021, 16:55