Beynəlxalq elm adamları tərəfindən yaradılan sensorlu qurğu havanın keyfiyyətini analiz edərək koronavirusları otaqlarda, evlərdə, nəqliyyatda, dövlət müəssisələrində aşkar etməyə imkan verəcək.“Report”un məlumatına görə, bu barədə Valensiya “RUVID” Universitetləri Birliyi xəbər yayıb.
Müəlliflər iddia edir ki, bu qurğu “PCR” testi olmadan COVID-19-u aşkar etməyə imkan verəcək. Sensor aparat sürətli, dəqiq analiz aparmaqla yanaşı, əhəmiyyətli dərəcədə ucuzdur və istifadəsi də asandır.
Tarix: 3-01-2021, 10:23