Kim Çen Şimali Koreyada pandemiyaya rəğmən kütləvi Yeni il şənliyi keçirdi -VİDEO
Ölkədə koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərə rəğmən KXDR rəhbərliyi parlaq Yeni il şousu nümayiş etdirib. Paytaxt Pxenyanın əsas meydanında minlərlə insan Yeni il şərəfinə bayram konserti və atəşfəşanlığı izləmək üçün toplanıb.
Moderator.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Dövlət televiziyasında nümayiş olunan süjetlərdə minlərlə insanın qoruyucu maskalarda bir-birlərinə yaxın durduğu görünür. Halbuki, səhnədəki ifaçılar maska istifadə etmədən konserti aparıb, mahnı oxuyublar. Şimali Koreya rəsmiləri minlərlə insanı test etdiklərini və “COVID-19” xəstəsi tapmadıqlarını bildiriblər. Eyni zamanda, hökumət sərhədləri, demək olar ki, tamamilə bağlayıb və epidemiyanın qarşısını almaq üçün sərt tədbirlər tətbiq edib.
Onu da əlavə edək ki, Şimali Koreya lideri Kim Çen In bu dəfə Yeni il münasibətilə xalqını ənənəvi televiziya çıxışı ilə yanaşı, ilk dəfə olaraq öz əli yazdığı məktubla da təbrik edib.