Boris Consonun atası Fransa vətəndaşı olmağa hazırlaşır –Səbəb


Böyük Britaniyanın Baş Naziri Boris Consonun atası Stenli Conson Fransa vətəndaşlığı alır.
Baş Nazirin atası bu barədə sosial şəbəkədə məlumat verib.
O, bunu Britaniya Avropa İttifaqından çıxdıqdan sonra da ailəsinin Avropa ilə sıx əlaqələrini davam etdirmək üçün etdiyini açıqlayıb.
Qeyd edək ki, bu il 24 dekabrda uzun müzakirələrdən sonra Britaniya və Avropa İttifaqı “Brexit”lə bağlı ticarət sazişi barədə razılığa gəldiklərini açıqlamışdılar. Bununla da Britaniya 1 yanvar 2021-ci ildən etibarən Avropa İttifaqından çıxacaq.
Onu da vurğulayaq ki, Baş Nazirin anası İren də Fransa da doğulub/APA.
Tarix: 1-01-2021, 09:03
Xəbəri paylaş



Xəbər lenti