Erməni generallarının şübhəli Moskva səfəri: - Kreml nə hazırlayır?
Ermənistan rəhbərləri yenə də Moskvaya təcili səfərlərə başlayıblar.
Ard-arda Moskvaya səfərdə olan Ermənistan güc strukturlarının rəhbərləri görünür ki, Kremldən yeni təlimatlar alırlar. Xəbər verildiyi kimi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan 29 dekabrda Moskvaya səfər edib. Səfərin təfərrüatı barədə məlumat verilmir.
Lakin bildirib ki, MTX rəhbərindən başqa Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan da Moskvadadır.
Ermənistan bu görüşdə Rusiyadan hansı təlimatları alır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında Ermənistan güc strukturlarının rəhbərlərinin Moskvaya təcili səfərində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsindən danışıldığı qənaətində olduğunu bildirib:
“29 dekabrda Türkiyə və Rusiyanın Xarici İşlər nazirləri Soçidə görüşdü. Çox qəribədir ki, elə eyni gündə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi və Müdafiə Nazirliyinin Baş Qərargah rəisini Moskvaya çağırmışdılar. Bu, əlbəttə, bizdə ciddi suallar doğurdu. Çünki Qarabağda separatçıların fəaliyyəti davam edir, Rusiya hərbçiləri onlarla konkret ittifaq qurublar. Bunu separatçıların rəhbəri Araik Arutyunyanla çəkdirdikləri şəkillər, onların qondarma bayraqları altında çıxış etmələri, terrorçu ermənilərə loyal davranışları da sübut edir. Bütün bunlar sual doğurur. Ona görə bu məsələləri biz Rusiyanın müvafiq strukturlarının qarşısında qaldırmalıyıq. O ki qaldı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin və Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın Moskvaya təcili səfərinə, müharibə vaxtı və ondan sonra da Ermənistan rəhbərləri daim Rusiyaya yalvarıblar ki, bizi Azərbaycandan qoruyun. Görünür, bu səfər də həmin yalvarışların tərkib hissəsidir və yenə də Moskvadan kömək istəyirlər. Çünki erməni cəmiyyətində sərhədlərin müəyyənləşməsi ilə bağlı narazılıqlar var. Lakin bu müəyyənləşməlidir. İşğal vaxtı və torpaqlarımız işğaldan azad olunandan sonra da 500 kilometrədək sərhəd qeyri- müəyyən idi. İndi o müəyyənləşməlidir. Onlar etiraz edirlər ki, bu sərhədlər müəyyənləşəndə ermənilərin qanunsuz məskunlaşdığı ərazilər də Azərbaycan tərəfdə qalır. Amma bu, bizim haqqımızdır. Sərhədlər sovet vaxtında necə idisə, elə də müəyyən edilməlidir. Onlar elə biliblər ki, işğal əbədi olacaq və kəndlərimizi, qəsəbələrimizi işğal etməklə ərazilərini genişlədiblər. Amma indi haqq- hesab zamanıdır. Qorxurlar ki, Azərbaycan sərhədi Ermənistanın hava limanlarına, qəsəbələrinə yaxınlaşır. Lakin bu, bizim yox, onların problemidir ki, gərək vaxtında düşünərdilər. Görünür, Moskvada da bu istiqamətdə danışıqlar gedib”.
Politoloq qeyd edib ki, Moskva görüşündə Rusiyanın ilk addımı erməniləri sakitləşdirmək olub:
“Moskva daim Ermənistanla təmasdadır. İndi danışıqlar zamanı ilk olaraq erməniləri sakitləşdirməyə çalışacaqlar ki, Ermənistan maraqları əleyhinə addımlar ataılmayacaq və bu maraqlar nəzərə alınacaq. Ona görə də biz özümüz də daim Rusiya hakimiyyəti ilə təmasda olmalıyıq ki, boşluq yaranmasın. Çünki onlar boşluq görən kimi istədiklərini edirlər. Bunu Qarabağdakı rus hərbi kontingenti öz əməlləri ilə sübut etdi. Türkiyənin bölgəyə gəlişinin sürətləndirilməsi həm də bu məsələ ilə bağlıdır. Gürünür, ermənilər bu məsələni də Moskva ilə müzakirə edirlər. Çünki onlar narahatdırlar ki, Türkiyə ilə Rusiya hərbçiləri Ağdamda Monitorinq Mərkəzində fəaliyyətə başlayacaqlar. Yəqin Ermənistan tərəfi Rusiya hakimiyyəti ilə bu fəaliyyət sahəsinin çərçivələrini müəyyənləşdirmək istəyir. Rusiya hakimiyyəti də öz həmkarlarını sakitləşdirməyə çalışır ki, guya bölgədə nəzarət onların əlindədir”.
E.Şahinoğlu deyib ki, Laçın dəhlizini yalnız Rusiya hərbçilərinin nəzarətinə vermək olmaz:
“Amma danışıqların məzmununun nə olmasında asılı olmayaraq, biz öz işimizi görməli, anti-terror əməliyyatlarını davam etdirməliyik. Silahlı terrorçuları tərkisilah etməli, meşələrdə gizlənən silahlıları məhv etməliyik. Türkiyə ilə hərbi ittifaqı gücləndirməli, türk hərbçilərinin bölgəyə gəlişini sürətləndirməli və ortaq patrul xidmətini təmin etməliyik. Bütün bunları biz etməliyik. Çünki belə görür ki, Rusiya ermənilərlə çox təmasda olub, oyunlar qurmağa davam edəcək. Məhz Laçın dəhlizində ikitərəfli patrul xidmətinin olmadığı üçün Rusiya sülhməramlıları 2 “kolon” erməni hərbçini Qarabağa buraxdı. Ümumiyyətlə, Laçın dəhlizini yalnız Rusiya hərbçilərinə təhvil vermək olmaz. Çünki onlar təktərəfli xidmət aparanda bildiklərini edirlər. Məhz bu dəhlizlə Qarabağa müəmmalı yüklər daşınır. Orada mütləq ortaq patrul xidməti qurulmalı və bizim hərbçilər də nəzarət etməlidir ki, görək bizim ərazimizə Ermənistandan nə daşınır. Tək Rusiya hərbçiləri olsa, onlar Ermənistana hər cür dəstəyi verəcəklər”.
Tarix: 30-12-2020, 16:40
-
Dünən, 22:51
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı
-
Dünən, 22:51
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
-
Dünən, 22:50
Şəxsi Maraqların “Qara Siyahısı və ya Qənirə Ataşovanın Amerika Dönüşü və Diplomsuz “Dermatoloq” Vəfa Cəlilova Müəmması
-
Dünən, 22:50
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
-
Dünən, 18:07
ABŞ-İran sazişi: ziddiyyətlər və reallıqlar
-
Dünən, 18:02
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
-
Dünən, 17:55
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı – Şikayət
-
Dünən, 17:53
Azərbaycanda həkim çatışmazlığı: Bölgələrdə vəziyyət necədir? - VİDEO
-
Dünən, 17:39
“Estemol Saç Vitamin Mərkəzi“ külli miqdarda cərimələndi - Əkilən saç çıxmayıb
-
Dünən, 16:42
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-
Dünən, 16:36
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
-
Dünən, 10:44
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
-
Dünən, 10:06
Netanyahu: İranın nüvə silahı olmayacaq
-
15-06-2026, 18:23
Masazırda evlər hələ də su altında qalıb - ADSEA problemi aradan qaldırmır - İnsanlar bezib... - FOTO
-
15-06-2026, 18:18
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
-
15-06-2026, 12:02
Qubada kəndin örüş sahələri satılır? - VİDEO
-
15-06-2026, 11:08
AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb- VİDEO
-
15-06-2026, 11:07
Paşinyan: Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq
-
15-06-2026, 09:09
İsrail vurdu: İranda gözlər başqa ölkəyə çevrildi – Qalibafdan sərt sözlər
-
15-06-2026, 09:04
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
-
15-06-2026, 09:02
ADSEA insanlara belə su içirir - FOTO-VİDEO
-
14-06-2026, 16:53
Şirvanda qəzalı binadan köçürülən sakinlərin kirayə pulu ödənilmir - ŞİKAYƏT/VİDEO
-
14-06-2026, 16:46
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?-VİDEO
-
14-06-2026, 16:43
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama
-
14-06-2026, 16:35
İndi də müştəriyə belə problem yaradırlar - NARAZILIQ
-
14-06-2026, 16:32
Polis bu rayonda ƏMƏLİYYAT KEÇİRDİ
-
14-06-2026, 11:41
Ukrayna Krıma aparan körpülərə zərbə endirir
-
14-06-2026, 11:30
Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox... - ÇIXIŞ YOLU...
-
13-06-2026, 22:39
Mourinyo “Real Madrid”lə müqavilə imzaladı – Rəsmi
-
13-06-2026, 22:36
Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi