İsraildə üçüncü total karantin rejimi başladı

Bu gün yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) İsraildə pandemiya dövrünün üçüncü total karantin rejimi başlayıb.
 
Modern.az “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, yanvarın 9-dək israillilərə zərurət olmadıqda evlərindən bir kilometrdən çox uzaqlaşmaq, bir-birinə qonaq getmək qadağan olunub. Karantin müddətində zəruri tələbat malları satan mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanacaq, restoranlara yalnız çatdırılma xidmətləri göstərməyə icazə veriləcək.
 
Həmçinin ölkədə bütün əyləncəli tədbirlər qadağan edilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti tətbiq olunan bu və digər məhdudiyyətlərin siyahısını dərc edib.
 
Qeyd edək ki, dekabrın 20-də İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına start verilib. Baş nazir Binyamin Netanyahunun sözlərinə görə, dekabrın 27-dək 270 min israilli Amerikanın “Pfizer” kompaniyasının peyvəndinin birinci dozasını alıb. Ölkədə yeni koronavirusa qarşı ilk olaraq dekabrın 19-da Baş nazirin özü peyvənd olunub.

Neqativ.com
Tarix: 27-12-2020, 21:56
Xəbəri paylaş



Xəbər lenti