“Moskovski komsomolets”ə görə, Türkiyə və Azərbaycan arasındakı "Tək Millət, İki Dövlət" şüarının yerini indi də "Tək Millət, Beş Dövlət" almağa başlayıb
44 gündə Azərbaycanın zəfəriylə bitən Dağlıq Qarabağ müharibəsi Qafqaz və Orta Asiyadakı türk damarını yerindən oyatdı. Türkiyənin rolu rus mediasında başlıqlara daşınıb.
Sherg.az xəbər verir ki, Dağlıq Qarabağ savaşının nəticələrini analiz edən Rusiyanın nüfuzlu “Moskovski komsomolets” qəzeti, Ankaranın Orta Asiyadakı Türk respublikalarıyla yeni bir hərbi - siyasi blok yaratmağı planladığını yazdı. Türkiyənin Özbəkistan, Qırğızıstan kimi ölkələrlə hərbi anlaşmalar imzaladığını, Qazaxıstanın "Bayraktar TB2" almağı hədəflədiyini qeyd edən qəzet, yeni ittifaqa ilk qatılacaq ölkənin Türkmənistan olacağını səhifələrinə daşıyıb. “Moskovski komsomolets”ə görə, Türkiyə və Azərbaycan arasındakı "Tək Millət, İki Dövlət" şüarının yerini indi "Tək Millət, Beş Dövlət" almağa başlayıb.
Turan
Tarix: 27-12-2020, 20:50