Professor Uğur Şahin: Çin vaksini infeksiyaya qarşı yetərincə təsirlidir






Çin vaksini (Çində fəaliyyət göstərən dünyaca məşhur “Sinovac Biotech” dərman şirkətinin istehsal etdiyi “Sinovac” vaksini) infeksiyaya qarşı yetərincə təsirlidir. Çin və yaxud başqa ölkənin istehsalı olan peyvəndlər narahatlıq yaratmasın. Çinlilər də bu vaksin üzərində uzun bir zaman işləyib və klinik sınaqlardan uğurla keçiriblər. Əsas məsələ yetərincə sayda vaksinin Türkiyəyə yetişməsidir. Bu vaxta qədər hazırlanan vaksinlər virusa qarşı yaxşı təsirdədir.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, bu fikirləri “Pfizer/BioNtech” peyvəndinin ixtiraçısı, türk əsilli professor Uğur Şahin ifadə edib.

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində fəaliyyət göstərən dünyaca məşhur “Sinovac Biotech” dərman şirkətinin istehsal etdiyi “Sinovac” vaksinindən 50 milyon doza sifariş edib. Bu peyvənddən ilk partiyasının dekabrın 28-də Türkiyəyə gətirilməsi gözlənilir. Səhiyyə işçiləri başda olmaqla yaxın günlərdə kütləvi peyvəndləmə başlanacaq.
Tarix: 27-12-2020, 16:55
Xəbəri paylaş



Xəbər lenti