Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus yeni pandemiyalar barədə xəbərdarlıq edib.
Pravda.az xəbər verir ki, bu barədə o, Beynəlxalq Epidemiya əleyhinə hazırlıq Günü ilə əlaqədar yayımlanan videomüraciətdə bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə meydana çıxan pandemiya sonuncu olmayacaq, belə ki, virusların yayılması həyati reallıqdır.
“İnanmaq çətindir ki, hələ bir il əvvəl “COVID-19” bizə tamamilə naməlum idi. Son 12 ay ərzində bizim dünya alt-üst oldu”, - deyə ÜST rəhbəri vurğulayıb.
Qebreisus baş vermiş hadisədən dərs götürməyə, xüsusilə fövqəladə halların qarşısının alınmasına investisiyalar yönəltməyə və ilkin tibbi yardımı inkişaf etdirməyə çağırıb. O, həmçinin insanlar və heyvanlar arasında kritik vacib qarşılıqlı əlaqəni, eləcə də iqlim dəyişikliyi ilə bağlı təhdidləri nəzərə almağı lazım bilib - çünki mövcud pandemiya insanların, heyvanların və planetin sağlamlığı arasında sıx əlaqəni göstərdi.
Tarix: 27-12-2020, 16:21