Avropa ölkələrində koronavirus əleyhinə kütləvi peyvənd başlandı



Epidemioloji vəziyyətin pisləşməsinə görə gücləndirilmiş məhdudiyyətlər fonunda bu gündən Avropa ölkələrində “Pfizer”/”BioNTech” şirkətlərinin birinci bəyənilmiş vaksini ilə koronavirusa qarşı kütləvi peyvəndə başlanılır.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Avropa Komissiyası vaksinləmənin 27-29 dekabrda başlaya biləcəyini nəzərdə tuturdu. Bu halda prosesin başlanğıc tarixi haqqında qərarları birlik ölkələrinin özləri qəbul edir.
Bildirilirdi ki, bir çox dövlətlər peyvəndlərə başlamağı bu bazar günü planlaşdırır. Onların arasında Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Avstriya, Estoniya, Litva, Polşa, Bolqarıstan kimi ölkələr var. İrlandiyada peyvəndlərə başlanılması 30 dekabrda, Belçikada 28 dekabrda nəzərdə tutulub.
Avropa Birliyi (AB) ölkələri AB səviyyəsində preparatın təsdiqinə qədər vaksinləməyə başlaya bilmirdi.
Tarix: 27-12-2020, 07:34
Xəbəri paylaş



Xəbər lenti