İsrailin Baş naziri Binyamin Netanyahu Mərakeş Kralı VI Məhəmmədi İsrailə səfərə dəvət etdi.Trend Gazeta.ru-ya istinadən xəbər verir ki, daha əvvəl İsrail və Mərakeş aralarında diplomatik münasibətlər qurmaq barədə razılığa gəliblər.
Beləliklə, krallıq Təl-Əvivlə münasibətləri normallaşdıran altıncı ərəb dövləti oldu. Onlardan dördü - Mərakeş, BƏƏ, Bəhreyn və Sudan - bunu Donald Tramp administrasiyasının vasitəçiliyi ilə etdi. ABŞ prezidenti bu dəfə diplomatik qələbə qazanmaq üçün Mərakeşin Qərbi Sahara üzərindəki suverenliyini tanıdı.
Tarix: 26-12-2020, 08:57