Pilotsuz təyyarələrin uğurlu tətbiqi təkcə Bakının münaqişədə qələbəsinə deyil, eyni zamanda bölgədəki geosiyasi balansın Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu.
27 sentyabrın səhəri Azərbaycan özünün işğal altında olan ərazilərində nəzarətin bərpası və Dağlıq Qarabağda hüquqi nəzarəti ələ keçirmək üçün “Dəmir yumruq” Əməliyyatına başladı. 44 günlük müharibə adı verilən münaqişə 10 noyabrda Azərbaycan və Rusiya Federasiyası prezidentləri İlham Əliyev və Vladimir Putin, həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli atəşkəs sazişinin imzalanması ilə başa çatdı. Sənədə görə, Dağlıq Qarabağ və Qarabağ ətrafındakı yeddi bölgə Bakının nəzarətinə keçdi. Bundan əlavə, Azərbaycan Naxçıvanla əlaqə qurmaq üçün Ermənistan ərazisindən keçəcək bir dəhliz almış oldu. Eyni zamanda Ermənistan Qarabağla ünsiyyət qurmaq üçün Laçın bölgəsindən keçən bir dəhliz qazandı. Rus sülhməramlıları sülhü, daha doğrusu, erməni əhalisini qorumaq üçün Dağlıq Qarabağa gətirildi. Azərbaycan tərəfdən isə Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi Rusiya sülhməramlıları ilə birgə ərazidə atəşkəsə nəzarət etmək hüququ qazandı.
Hərbi toqquşmaların ilk həftələrində ermənilər heç bir nəticə əldə etməsələr də, Azərbaycan tərəfi böyük uğurlar qazandı. Azərbaycan Silahlı qüvvələri Türkiyə və İsrailin ən son pilotsuz döyüş təyyarələri ilə Ermənistan ordusuna sarsıdıcı zərəbələr vurdu. Doğrudur, erməni tərəfi Azərbaycan tərəfində türk mütəxəssislərinin və birliklərinin, hətta Suriyadan olan silahlıların iştirakını iddia edirlər. Lakin bu, nəticəni dəyişmədi. Döyüşə kifayət qədər hazır olmayan və kifayət qədər resursu olmayan Ermənistan ordusu sürətlə geri çəkildi…. İrəvan İkinci Qarabağ müharibəsində Azərbaycanın daha müasir və ən əsası, Qarabağın relyef şərtlərinə uyğun döyüş taktikası seçdiyini hər vəchlə qəbul etmir. Həqiqətdə isə ermənilər “dünənki silahlarla” və 90-cı illərin “şablonlar”ı ilə döyüşürdü. Əslində isə bu məğlubiyyətin başlıca şərti idi. Baxmayaraq, ermənilər bu gün də Azərbaycan Ordusunun qələbəsini xarici faktorlara bağlayırlar.
2016-cı ilin dörd günlük müharibəinsdən sonra Azərbaycan döyüş taktikasını dəyişdi. Ənənəvi döyüş metodundan imtina etdi. Yeni taktikasına-pilotsuz döyüş təyyarələrinə üstünlük verdi. Lakin, dörd il müddətində erməni tərəfinin heç bir dərs almadığı ortaya çıxdı. 2016-cı ildən ötən müddətdə Azərbaycan Ordusu tam yenidən quruldu, Ermənistan ordusu isə yerində saydı. Bu durğunluq müqabilində Azərbaycanın tətbiq etdiyi “dron müharibəsi” qarşısında Ermənistanın tamamilə köməksiz olduğu ortaya çıxdı. Bundan əlavə, erməni mövqelərinin keçilməz olması haqqında fikirlər sabun köpüyü kimi dağıldı.
Əslinə baxsan, xarici qüvvələrin Bakının qələbəsində pay sahibi olması ermənilər üçün təəccüblü olmamalı idi. Çünki Azərbaycan xarici partnyorları ilə çox ciddi işləyirdi. Onların köməkliyi ilə ordularını modernləşdirirdi. Son bir ildə Azərbaycanla Türkiyə arasında silah sövdələşməsinin həcmi 6 dəfə artmışdı. İsraildən və digər ölkələrdən ən müasir döyüş texnikası tədarük edilmişdi. Bu da 6 həftəlik müharibədə Azərbaycan qüvvələrinin üstünlüyünü təmin etdi. Tərəflər hələ də itkilərini dəqiqləşdirməklə məşğuldur. Xarici ekspertlərin fikrincə, 44 günlük müharibədə ümumi itkilərin sayı 10 min nəfərə yaxındır.
Bakının Dağlıq Qarabağdakı qələbəsi bütövlükdə bölgədə yeni siyasi reallıqları formalaşdırdı. Uğurlu hərbi kampaniya ilə İlham Əliyev hakimiyyətinin sonuna kimi olmasa da, uzun müddət daxili siyasi böhranlardan qurtardı. Bundan sonra Azərbaycanın sosial-iqtisadi həyatındakı hər hansı bir uğursuzluq İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı xidmətləri fonunda çox cılız görünəcək.
İrəvandakı vəziyyət isə tam tərsinə çevrilib. Bütün Ermənistan Baş nazir Paşinyanı xəyanətdə günahlandırır. Cəmiyyətdə parçalanma baş alıb gedir. Əhalinin bir hissəsi Paşinyanın istefasını tələb edir. Digər hissə, Paşinyana və komandasına həqiqətən etibar etmir, lakin hakimiyyət dəyişikliyinin səmərəsiz olduğu qənaətindədir. Yalnız kiçik bir hissəsi Paşinyanı müdafiə edir. Beləcə, Ermənistan özünün tarixində ən dərin böhranını yaşayır.
Qarabağ müharibəsindəki qələbə Türkiyənin Cənubi Qafqazdakı mövqelərinin güclənməsinə səbəb oldu. İransa qəzəbləndi. Rusiya bölgədəki təsirlərini və imkanlarını gücləndirdi. Azərbaycanda əhali arasında qələbədə payı olan bəzi dövlətlərə də ehtiramlar nümayiş etdirilir. Bunlar Bakı küçələrində bayraqlarına təsadüf olunan Pakistan və Əfqanstandır.
“Nezavisimaya qazeta”, 25 dekabr 2020.Tərcümə etdi: KONKRET.az
Tarix: 25-12-2020, 16:12