Zelenskinin xanımı: “Vladimirlə bu məsələni müzakirə etməmişik”


Zelenskinin xanımı: “Vladimirlə bu məsələni müzakirə etməmişik”
Ukraynanın birinci xanımı həyat yoldaşının ikinci müddətə prezidentliyə namizəd olub-olmayacağından danışıb
 
Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya “NV” qəzetinə verdiyi müsahibədə həyat yoldaşının ikinci müddətə prezidentliyə namizədliyini irəli sürmək planları ilə bağlı bir sualı cavablandırıb.
 
AYNA-nın xəbərinə görə, Ukraynanın birinci xanımı bu məsələni əri ilə müzakirə etmədiyini bildirib: “Vladimir belə bir qərarı verəcəkmi, bilmirəm. Əgər ikinci dəfə ölkəyə rəhbərlik etmək istəsə, deməli başladığı işi tamamlamayıb. Tamamlaması lazım olduğunu hiss edərsə, yəqin ki, namizəd olacaq. İndidən buna köklənmək istəmirəm”.
 
“Birinci xanım kimi əsas funksiyam “yumşaq güc diplomatiyası”dır. Çünki birinci xanım eşidiləcək bir səsdir. Bundan necə istifadə etmək lazımdırsa, o cür edirəm”, - deyə xanım Zelenskaya vurğulayıb.
 
Qeyd edək ki, noyabrın 27-də Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko Zelenskinin ikinci müddətə prezidentliyə namizədliyini irəli sürə biləcəyini deyib. O bildirib ki,  Zelenski həqiqətən açıq şəkildə ölkəni fərqli inkişaf etdirmək istəyir: “Dövlət başçısı qərarını prezident seçkilərinə yaxın elan edəcək”.
Tarix: 25-12-2020, 08:25
Xəbəri paylaş



Xəbər lenti