“Düşmən dövlətdə nə qədər vəziyyət qarışsa...” - politoloq


Erməni baş nazir hakimiyyətdə son günlərini yaşayır?

Noyabrın 10-da II Qarabağ savaşının sonunda kapitulyasiya sənədinə imza atmağa məcbur qalan Ermənistanın baş naziri Nikol Paşinyan bəlkə də əyləşdiyi hakimiyyət kreslosunda son günlərini yaşayır. Belə ki, təslimçi sülhə imza atdığı üçün İrəvanı bürüyən etiraz aksiyaları nəinki səngiməyə, əksinə, yüksəlişə doğru gedir. Hökumətə yönəlik istefa tələbləri durmadan genişlənir. Artıq erməni baş nazirin əleyhdarları paytaxt İrəvanda çadırlar qurub, oturaq aksiyaya keçiblər.
Azərbaycanda da təcavüzkar ölkədə gedən proseslər diqqətlə izlənilir. Ermənistanda iqtidar dəyişikliyinin ölkəmizə sərf edib-etmədiyi yönündə ən müxtəlif fikirlərə rast gəlirik. Bunu arzu edənlər də var, əksini deyənlər də...
Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - modern.az
Sabiq dövlət müşaviri Qabil Hüseynli Nikolu devirməyin asan məsələ olmadığını qeyd etdi: “Ermənistanda Paşinyanın əleyhdarları onu devirmək üçün bütün çabaları göstərirlər. Amma erməni baş nazir etirazçılara qarşı hər hansı bir cəza tədbirləri görmür. İstənilən hakimiyyət özünü qorumağı bacarmalıdır. Paşinyanın belə arxayın olmasının səbəbi arxasını Putinə söykəməsi ilə bağlıdır. Putin isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistanda böhran vəziyyətinin aradan qaldırılmasında Paşinyana kömək edilməsini xahiş edib. Göründüyü qədər Paşinyanı devirmək o qədər də asan deyil. Müxalifətin potensialı da o qədər yüksək deyil. Nə qədər qaraqışqırıq salsalar da, bu qaraqışqırıqla hakimiyyəti yıxmaq o qədər də asan deyil. O halda ki, təhlükəsizlik qüvvələri, polis, ordu bütünlüklə hakimiyyətin tərəfindədir, təbii ki, hökuməti dəyişmək mümkünsüzə çevrilir. Üstəlik, onu da açıq etiraf etməliyik ki, Paşinyanın hakimiyyətdən getməsi Azərbaycan, bölgə üçün əhəmiyyətli deyil. Rusiyada imzalanmış Moskva bəyannaməsi məhz Paşinyan tərəfindən imzalanıb. O müddəaların sona qədər yerinə yetirilməsi, daha sonra sülh sazişi üzərində işlərin aparılması Paşinyanla həyata keçirilsə, bölgədə ciddi dəyişikliklər baş verə bilər. Paşinyan açıq-aşkar bildirir ki, onun əsas məqsədlərindən biri Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması, həmin ölkələrlə iqtisadi əlaqələrin qurulması, bu bölgədəki iqtisadi layihələrə Ermənistanın qoşulmasını təmin etməkdir. Göründüyü kimi, indiyə qədər səfeh-səfeh fikirlər söyləyən Paşinyan başa düşüb ki, bölgədə inkişaf, tərəqqi daim quruculuq işlərindən, iqtisadi layihələrdən keçir. Bu layihələri  isə yalnız Türkiyə və Azərbaycan reallaşdıra bilər. Bu səbəbdən də, zənnimcə, Paşinyanın iqtidarda qalması və nəzərdə tutduğu layihələri Türkiyə və Azərbaycanla birlikdə reallaşdırması, hər iki ölkə ilə diplomatik əlaqələr yaratmağa çalışması, yaxud Türkiyə və Azərbaycanla kommunkasiya xətlərinin açılmasına nail olması, sərhəd ticarətinin genişləndirilməsi hədəfləri sözün həqiqi mənasında Ermənistanın iqtisadi inkişafına təkan verəcək, bölgədə əmin-amanlığın daha da inkişaf etməsinə şərait yaradacaq”.
Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az
Politoloq Əhəd Məmmədli: “Fikrimcə, Azərbaycana Ermənistanda hakimiyyət dəyişikliyi sərf edir. Düşmən dövlətdə nə qədər vəziyyət qarışsa, o qədər bizim xeyrimizədir, dəyişiklik baş versə və yeni iqtidar 10 noyabr anlaşmasından çıxmasa belə. Zatən 90-cı illərdə Ermənistanın baş naziri olan şəxs bəyan etdi ki, yenidən baş nazir olsa, 10 noyabr anlaşmasından çıxmayacaq. Çünki artıq anlayırlar ki, bu addımı atsalar, Ermənistanla Türkiyə və Azərbaycanı üz-üzə qoyacaqlar.  Paşinyan Putin nə deyirsə, onu da edir. Bizim isə mənafeyimizə Putinin dediyinə qarşı çıxan erməni iqtidarı cavab verir. Amma düşmən ölkədə hakimiyyətin dəyişməsi artıq zərurətə çevrilib. Bundan istifadə edib, cəbhə xəttində irəliləməliyik. Onu da qeyd edim ki, Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi bizim o mənada mənafeyimizə cavab verir ki, bunlar 10 noyabr bəyannaməsindən çıxsınlar. Bu da Putinin sözünün yerə düşməsi anlamına gəlir. Bu isə Azərbaycana Qarabağ problemini kökündən həll etmək imkanları yaradır”./“Yeni Müsavat”/


Tarix: 24-12-2020, 08:49
Xəbəri paylaş



Xəbər lenti