900 milyard dollar necə bölüşdürüləcək? - Azərbaycanlı professor ABŞ-dan yazır



ABŞ Konresinin 1.4 trilyon dollarlıq büdcə paketinə COVİD təsirlərinin aradan qaldırılması ilə bağlı 900 milyard dollarlıq yeni stimul paketi daxil edilib.
"AzPolitika.info" xəbər verir ki, Şimali Dakota Universitetinin azərbaycanlı professoru Fariz Hüseynli bu vəsaitin necə bölüşdürləcəyini araşdırıb. O hesab edir ki, virusun iqtisadi təsirləri davam etdiyinə görə belə yardım paketi yaxşı haldır.
Paketdə nələr əks olunduğuna gəlincə, professor bunları qeyd edib: "Birincisi, birbaşa yardımlar – fərdi gəliri illik 75 min, ailə gəliri 150 mindən aşağı olanlar üçün adam başına 600 dollar, işsizlik müavinətinə 11 həftəlik həftəlik 300 dollar əlavə, uşaqlar üçün 600 dollar yardım verilir. Kiçik şirkətlərə maaş xərclərini ödəmək üçün 284 milyard dollar bağışlana bilən kredit verilir. Mədəni obyektlərə, kinoteatrlara isə 15 milyard dollar çatacaq.
Sonra əsasən orta məktəblərə 82 milyard, ictimai səhiyyə üçün 70 milyard, ştatlar üçün ayrıca 22 milyard, nəqliyyat şirkətlərinə, obyektlərinə 45 milyard, kirə ödəmələri üçün 25 milyard, yemək qida yardımı üçün 13 milyard dollar ayrılır. Araya təmiz enerji araşdırmaları üçün 35 milyard, "Space Force" üçün 2 milyard və iki yeni "Smithsonian" muzeyin açılması üçün də 2 milyardlıq vəsait nəzərdə tutulub".
Fariz Hüseynli bildirir ki, 2023-cü ilə qədər biznes yeməklərinin xərcini vergidən çıxmaq üçün ayrıca xərc maddəsi var: "Bilmirəm, COVİD vaxtı hansı biznes yeməkləridir, amma yəqin ki, restoranlara kömək kimi təsiri var. Yeyib - içməyə çox pul xərcləyən bizneslər var, məsələn Trampın bir biznesi saç kəsməyə 70 min dollar xərc yazmışdı".
Tarix: 23-12-2020, 16:27
Xəbəri paylaş



Xəbər lenti