Hələlik koronavirusun yeni ştammının ağır fəsadlara və ya ölümə səbəb ola biləcəyinə dair sübutlar yoxdur.“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə keçirdiyi videobrifinqin gedişatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
"Böyük Britaniya bəyan edib ki, bu yeni növ daha asan ötürülür, amma hələlik onun ağır xəstəliyə və ya ölümcül nəticəyə səbəb ola biləcəyinə dair sübut yoxdur", - ÜST rəhbəri deyib.
Qebreyesus vurğulayıb ki, SARS-CoV-2-nin bütün viruslarının ötürülməsini mümkün qədər tez yatırtmaq lazımdır. “Biz onlara nə qədər yayılmaq imkanı veririksə, onların o qədər dəyişmək imkanları olur", - o xəbərdarlıq edib.
Təşkilatın eksperti Mariya van Kerkxove də öz növbəsində bildirib ki, ÜST Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni ştammının COVID-19 vaksinin effektivliyinə təsir etmədiyini hesab edir.
Tarix: 22-12-2020, 09:36