Fransaya şok: Bu ölkəyə 100 milyard ödəməlidir





Fransa “böyük demokratik xalqların yolu ilə getməli” və 2008-ci ildə İtaliyanın Liviyaya (3,4 milyard avro), Birləşmiş Krallığın Keniyaya, Kanadanın amerikalı hindulara, Avstraliyanın aborigenlərə, Fransanın özünün I və II Dünya müharibələri zamanı Alnmaniyanın onun ərazilərini işğal etməsinə görə milyardlar avro ödətdirdiyi təzminatlar kimi, indi özü də Əlcəzairə təzminat ödəməlidir.
Axar.az xəbər verir ki, Fransanın Əlcəzair müstəmləkəçiliyi ilə bağlı hesabat hazırlandığı vaxtda bu fikirləri əlcəzairli tarixçi Seddik Larkeş səsləndirib.
O bildirib ki, Fransa Əlcəzairdə törətdiyi cinayətləri və müstəmləkə ziyanını maddi cəhətdən bərpa etmək - təzminat ödəmək öhdəliyindən qurtula bilməyəcək. Təzminatın məbləği 100 milyard avro civarında qiymətləndirilir. Əlcəzairin paytaxtındakı “Dey” xəzinəsinin (təxminən 4 milyard avro) oğurlanması, 1830-cu ildən 1962-ci ilədək bir neçə yüz minlərlə insana qarşı cinayətlər, milyon hektarlarla torpağın oğurlanması, əhalinin demək olar əksəriyyətinin savadsızlığı, 1978-ci ildən Fransanın bu ölkədə apardığı nüvə və kimyəvi sınaqların insan həyatına və təbiətə vurduğu faciəvi nəticələr hesablandıqdan sonra dəqiq məbləğ müəyyən edilməlidir.
Xatırladaq ki, son günlər hər iki ölkənin prezidenti bu haqda telefon danışığı aparıblar. Fransanın təzminat ödəməsi ilə bağlı hesabatın yanvar ayında hazır olacağı qeyd edilib.
Tarix: 21-12-2020, 20:34
Xəbəri paylaş



Xəbər lenti