Ermənistanın baş naziri Nikol Paşinyan Sisian kilsəsində gözləmədiyi hadisə ilə qarşılaşıb.Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, kilsənin keşişi Ter Parqev Zeynalyan Paşinyanın əlini sıxmaqdan imtina edib.
Daha sonra o, hökumət başçısından kilsəni tərk etməyi tələb edib.
Kadrlardan da görünür ki, Paşinyan və onu müşayiət edən şəxslər keşişin davranışına təəccübləniblər.
həmin görüntüləri təqdim edirik:
Tarix: 21-12-2020, 15:09