Nazir: “Mutasiyaya uğramış koronavirus nəzarətdən çıxıb”


Nazir: “Mutasiyaya uğramış koronavirus nəzarətdən çıxıb”
Henkok Milad bayramına yaxın gücləndirilmiş karantin qaydalarına əməl etməyə çağırıb
 
Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok mutasiyaya uğramış koronavirus növünün nəzarətdən çıxdığını və vəziyyətin ciddi olduğunu deyib. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, səhiyyə naziri koronavirusa yoluxanların sayının sürətlə artdığını, normal vəziyyətə qayıtmaq üçün hələ çox vaxta ehtiyac olduğunu bildirib.
 
O, insanları Milad bayramına yaxın gücləndirilmiş karantin qaydalarına əməl etməyə çağırıb.
 
Qeyd edək ki, son sutka ərzində Britaniyada koronavirusa yoluxma hallarının sayı 35,9 min nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstərici hesab olunur.
Tarix: 21-12-2020, 09:50
Xəbəri paylaş



Xəbər lenti