Neqativ.com-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yunanıstan polisi Türkiyə konsulluğunun nümayəndəsini ölkədə casusluq şübhəsi ilə saxlayıb. Bu barədə yunanıstanlı yüksək çinli mənbə «Röyter» agentliyinə bidirib.Agentlik qeyd edir ki, bu insident NATO üzrə nominal müttəfiq olan iki ölkə arasında münasibətləri daha da gərginləşdirə bilər.
Saxlanılan məmur Yunanıstan vətəndaşıdır, Rodos adasında Türkiyə konsulluğunda işləyir və sorğu-sual edildikdən sonra ötən cümə günü həbs olunub. Bu iş üzrə digər bir Yunanıstan vətəndaşı da həbs edilib.
«Onlardan biri Rodos adasında Türkiyə konsulluğunda işləyir, ikincisi isə Rodos-Kastelorizo xətti üzrə hərəkət edən sərnişin gəmisində aşbaz işləyir» - deyə, Yunanıstan təhlükəsizlik xidmətindəki mənbə agentliyə danışıb.
Kastelorizo - Türkiyə sahillərinin yaxınlığında kiçik Yunanıstan adasıdır.
Şübhəlilərdən biri Yunanıstan silahlı qüvvələrinin Egey dənizində hərəkətinin fotosunu çəkməkdə günahlandırılır. Yunanıstan KİV-i xəbər verirlər ki, onların hər ikisi Yunanıstanın müsəlman azlığının üzvüdür və ölkənin şimalında yaşayırlar.
Türkiyə tərəf artıq bu insidentə reaksiya verib. Ölkənin Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Türkiyə səfirliyinin əməkdaşı Rodosdakı nümayəndəliyin katibi olub.
«Bizim əməkdaşımızın hərbsinə gətirən prosesdə Yunanıstan onun azadlıq, təhlükəsizlik, şəxsi və ailə hüququnu pozub» - XİN bildirib.
AzPolitika.info
Tarix: 20-12-2020, 09:18