Ərgün Dilər“Takvim”, Türkiyə, 17 dekabr 2020-ci il Hara baxırsansansa, ABŞ-ın sanksiya tətbiq etməsi, AB-nin səhnəyə çıxmaq üçün növbəyə durması, Çinin şərqdən yüksəlməyə davam etməsi, ölkələrin öz tərəflərini müəyyən etməsi, içinə qapanıb vaksin gözləməsi, iqtisadi dəyişikliyin qapıya dayanması haqqında xəbərləri və çox adamın da baş verənlərdən xəbərinin olmamasını görürsən.
Həm xarici, həm də yerli mediaya baxdıqda, şüarlardan başqa elə də çox şey tapmaq mümkün deyil.
Öncəliklə, dünyada mübarizə aparanların kim olduğu bilinmir. Dolayısilə, Türkiyənin mövqeyilə bağlı stereotip baxışlardan başqa bir şey yoxdur.
Çini, onu bu günə gətirən ailələri, ağlı, elmi anlamadan bir addım belə yol gedilə bilməz. Çin gündəliyə gəlincə, gedilməli olan tarix 1839-cu ildir. Bu tarixdə Çin tiryək ticarətini durdurmaq üçün hərəkətə keçdi. Quançjouda ingilislərə aid olan bütün depolara basqın təşkil edildi. Çin mallara əl qoydu. Gərginlik kəskin artdı.
Hadisələrin inkişafı savaşı qaçılmaz etdi. Çıxan savaşda Çin məğlub oldu. Limanlar, dolayısilə, ticarət də, pul da ingilislərə qaldı. Qazanılan pul rəqəmlərlə izah edilə bilməyəcək qədəriydi…
Bu işin ssenarisini yazan da, təşkilatçısı da Osmanlı vətəndaşı olan 2 şəxs, 2 ailə idi. Onlar Sassunlar və Kadurilər idi.
Bu iki ailə dünyanın gedişatını dəyişdi. Ticarətin necə aparılmalı olduğunu hər kəsə öyrətdilər. Ortaya böyük ağıl, böyük baxış bucağı və təşkilatlanma forması qoydular.
Onlar ingilis imperiyasını canlandıran, böyüdən şəxslərdir.Şanslı idim, çünki Bucalı idim. Buca-Alsancaq dəmir yolunda böyüdüm. Alsancaq bu yolla Quançjouya bağlanırdı. Başqa şəhərlərdə olmayan malikanələrin arasında yürüdüm. Yəni, Çindəki ticarətin bir ayağı da bizim doğulduğumuz küçələrə qədər uzanırdı. Zənginliyi Bucanın əfsanəvi şəxsi cənab
Forbesin timsalında görürdük. Qəsrlər, malikanələr, fermalar… Nə isə…
Ötən müddət ərzində qurulan ailələr vasitəsilə Çin daxilində önəmli
“qovşaqlar” yaradıldı, canlı tutuldu. I Dünya Müharibəsindən,
Romanovların,
Osmanlının,
Habsburqların yıxılmasından sonra diqqətlə böyüdüldü. Şərq parlayacaqdı.
Çinə gedən bütün ağıl ingilislərə aid idi. Çində ortaya çıxması çinlilərə aid olması anlamına gəlmirdi. Dünən də elə idi, bu gün də elədir. Çində böyük maliyyə şəbəkəsi inşa edildi. Çox önəmli banklar ortaya çıxdı. Mərkəz isə Honkonq idi.Elə bu yerdə aparılan cari dəyərləndirmələrə baxdıqda İngiltərəni görməyincə gülürəm. O ağıl, o ssenari, o əməliyyat qabiliyyəti görünmədən, nəzərə alınmadan heç bir şey anlaşılmaz və anladılmaz.
Bəli,
Çin böyüdü, hələ daha da böyüyəcək. Çinin belə yürüməsi ABŞ-ın geri çəkilməsi, kiçilməsi, məhdud hala gəlməsi deməkdir. “Çin” kəlməsini gördüyünüz an yanına Londonun ağlını, əməkdaşlığını qoyun.
Bu, şərtdir!ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların arxasında böyük savaş yatmaqdadır. Vaşinqtonla Ankara arasında yaxınlaşma olmadığı halda, atılacaq və gərginliyi daha da artıracaq olan addımların arxasında da eyni səbəb dayanır. Mənim də tez-tez yazdığım kimi, aradakı ticarət savaşı əsas motivasiya deyildir. Hadisə daha mürəkkəb və dərindir. Həm də mediada rast gələ bilməyəcəyiniz qədər…
Hazırda dünyanın zirvəsində gedən mübarizənin bir çox cəbhəsi vardır. Önə çıxanları isə Cənubi Çin dənizi və Afrikadır. Gedən savaşın əsas iki bazası buralardır.
Cənubi Çin dənizi Pekinin iqtisadi və siyasi gündəliyində ilk sırada yer alır. Çini dünyanın 2-ci böyük iqtisadiyyatı edən və ən böyük iqtisadiyyatı etməyi hədəfləyən layihə olan “İpək yolu”nun dəniz bölümü burada yerləşir. Hər il təqribən
5 trilyon dollarlıq ticarət – Filippin, Malayziya, Bruney, Vyetnam, Tayvan və regiondakı digər oyunçularla ticarət dəniz vasitəsilə edilir.
Bu səbəblə,Tayvan çox önə çıxacaq. Bayden postuna oturduqdan sonra bunu görəcəyik.ABŞ donanması buralarda sərbəst hərəkət etmək niyyətindədir. Məqsəd, lazım olan anda təxribat törətmək, buradakı ticarəti əngəlləmək, bitirməkdir. Bu səbəblə, dənizdə yerləşmək üçün Pentaqonda aparılan hazırlıq işləri sürətli və gizli şəkildə davam etməkdədir. Hətta orada danışırlar ki,
“Çinin güclərini bir gündə ortadan qaldırmalıyıq”.
Durum bu qədər ciddidir. Honkonqun heç cür hüzur tapa bilməməsinin, gərginliklər yaşamasının, tələbələrin küçələrdə polislə toqquşmasının altında yatan səbəb də Cənubi Çin dənizidir, paylaşmaq üçün aparılan savaşdır. Honkonq da qapıdır.
Afrika da Çin üçün vazkeçilməzdir. Afrika önəmli iqtisadi qaynaqları Çinə comərdcəsinə təmin etməkdədir. Çinin inşaat şirkətlərinə də bol miqdarda mənfəət əldə etmək fürsəti yaradır. Eyni zamanda Çinin istehsal etdiyi ucuz mallar üçün bazardır. Ayrıca,
Afrika Çinin Latın Amerikasına körpü qurmasını da təmin edir. Daha önəmlisi,
Afrika ölkələri BMT kimi beynəlxalq təşkilatlarda Çini dəstəkləyir. Afrika, Çin üçün uyğun və asan tərəfdaş halına gəldi. Çin hər il Afrika ölkələrinin paytaxtlarına heyətlər göndərir. Onlar infrastruktur layihələrinin Çinə verilməsi üçün çalışırlar və ticarət anlaşmaları təklif edirlər. Afrikanı Çin üçün
“2-ci qitə” halına gətirirlər.
ABŞ da buna qarşı burada meydana Yaponiya kartını irəli sürdü. Pekinlə Tokio qarşı-qarşıya gəldi.
Hələ də bəziləri anlamasa da,
Türkiyə böyük oyunçu olduğu üçün Afrikada səhnəyə çıxdı. Sudanda da, Somalidə də məhz bu səbəblə rol aldı. Cibuti kimi önəmli döngədə önə çıxdı.
Bunların hamısı böyük güc balansındakı önəmli koordinat, masada söz haqqı əldə etmək üçün idi. Sudandakı çevriliş də, əslində, Türkiyəyə qarşı idi. Bu, Sevakin adasını Ankaranın lupasının altından çıxarmaq üçün idi. 30 illik iqtidarı bitirilən
Ömər əl Bəşir Prezident Ərdoğana çox yaxın bir şəxs idi.
Türkiyə Cənubi Çin dənizi ilə başlayan “Dəniz ipək yolu”ndakı önəmli döngələrə bayraq sancırdı.
Təbii, bundan narahat olanlar var idi. Tez-tez yazdığım kimi, 2013-cü ildən sonra Türkiyə-ABŞ, eyni zamanda Türkiyə-Almaniya münasibətlərində böyük maneələr ortaya çıxmağa başladı.
Qərbdən qopan, London vasitəsilə Pekinə yanaşan bir Ankara görüntüsü vardı. Bu, təbii, ABŞ-AB ittifaqının canını sıxan, əlini zəiflədən bir durum idi.
Müsəlman kimliyi olan Türkiyə Afrikada da, enerjinin qəlbi olan Körfəzdə də, “İpək yolu”nun digər bir ayağı olan Qafqazda da önəmlidir. Bu prizmadan baxılarsa,
Azərbaycana dəstək verilməsi Ermənistandan çox, arxadakı ABŞ-AB birliyinə qarşı atılan addım idi. ABŞ Xarici işlər naziri
Pompeo da bunu dilə gətirir və Türkiyənin silahlanma meylinə qarşı çıxırdı:
“Türkiyənin gedərək artan hərbi qabiliyyətləri bir narahatlıq mənbəyidir”.
Sanksiyalar da bu səbəblə tətbiq edilir.
Bayden-Merkel-Makron ittifaqı, yanına Körfəzi də alaraq, Cənubi Çin dənizindən başlayıb Şərqi Aralıq dənizinədək uzanan xətdə
London-Pekin cəbhəsiylə mübarizə aparmaq durumundadır.
Türkiyə də tam mərkəzdədir. Yəni, münaqişənin də ortasındadır. Bunu da daxili siyasətə baxınca görmək heç də çətin deyildir.
Dünyanın zirvəsindəki yarılma burada da aydın şəkildə ortaya çıxmışdır. ABŞ-ın tətbiq etdiyi sanksiyalara, əlbəttə, hər bir partiya qarşı çıxacaqdır. Əksini etmək çətindir. Ancaq daxili siyasətə gəlincə,
müxalifətin hamısı ABŞ-AB xəttində olacaqdır.
“Foreign Policy” yazdı ki,
“Türkiyənin əsas müxalifət partiyası olan CHP-nin liderlik etdiyi bir hökumətin ABŞ və AB-yə qarşı daha az düşməncə davranacağını ummaq üçün qəti bir səbəb vardır”.
Yaxşı, bəs uzun müddətdir mən nə yazıram?! İttifaqlar bəllidir.
Osman Kavala və Səlahəddin Dəmirtaşın məhkəmə işlərinə baxın. Əgər sərbəst qalmazlarsa, deməli, Ankara Vaşinqtonla birgə yürüməyəcəkdir. Ardınca mübarizə böyüyəcəkdir.
Türkiyə, London-Pekin oxunda öz yerini alacaqdır. Hadisələrin inkişafı bu çərçivədə gedəcəkdir. Baş verəcək hadisələrə bu çərçivədə baxın.Tərcümə Strateq.az-ındır
Tarix: 18-12-2020, 10:31