Hindistan müsəlmanlarının həyatı təhlükə altındadır.Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Cənubi Asiya İnsan Haqları Şəbəkəsi" hesabat dərc edib.
Hesabatda Hindistanda dini azlıqların, xüsusən müsəlmanların hüquqlarının pozulması faktlarının artması, bu ölkədə İslamofobiyanın genişlənməsi, dini azadlıqların və vicdan azadlığı hüququnun tapdalanması hallarının yayıldığı bildirilib.
Hindistanın müsəlmanlar üçün təhlükəli bir yerə çevrildiyi qeyd olunan hesabatda Hindistan müsəlmanlarının həyatına təhlükə yarandığı ifadə olunub. Dövlət səviyyəsində müsəlmanlara qarşı ayrıseçkiliklərin olduğu əksini tapıb.
Tarix: 17-12-2020, 13:27