Sərdar Turqut“Habertürk”, Türkiyə, 16 dekabr 2020-ci il Bir müddətdir ki, bölgəmizdə inanılmaz şəkildə intensiv olan diplomatik hərəkətlilik var. Hamımızın gözü önündə olan təmaslar, açıqlamalarla birlikdə, qapalı qapılar arxasında bir çox yeni addımların atılmaqda olduğunu düşündürən hadisələr haqqında xəbərlərin ard-arda gəlməkdə olduğu bir dövrdən keçirik.
Türkiyənin bir müddətdir səfirinin olmadığı İsrailə səfir təyin edəcəyi haqqında xəbərlər gəlir. Eyni zamanda Ankaranın bu ölkəyə yönəlik bəzi yeni təşəbbüslər göstərməsi haqqında da xəbərlər gəlməkdədir.
Bir müddətdir ki,
Misirlə münasibətlərlə bağlı da bəzi təşəbbüslərin ola biləcəyi diplomatik qaynaqlar tərəfindən ifadə edilir.
Digər tərəfdən də bunların baş verdiyi bir zamanda bizə
“Görəsən, Qətərlə bağlı atılmaqda olan bəzi addımların Türkiyə üçün anlamı nə ola bilər?” sualını söylədən bəzi hadisələrin baş verməsi haqqında da xəbərlər gəlib.
Türkiyə üçün bunun anlamı nədir?Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci ilin ortalarında “terrora dəstək verməsi” səbəbilə Qətərlə bütün diplomatik, ticarət əlaqələrini kəsmişdi.
Bu 4 ölkə Qətərlə əlaqələri bərpa etmək üçün 13 tələb irəli sürmüşdü. Qətər uzun müddətdir ki, bu tələbləri qəbul etmirdi.
İrəli sürülən bu 13 tələbin içində mərkəzi Qətərdə yerləşən “Əl-Cəzirə” televiziyasıyla yanaşı, ölkədəki türk hərbi bazasının qapadılması və “Müsəlman qardaşları”na verilən dəstəyə son verilməsi şərti də var idi.
Yeni bir proses başlayırmı?Lakin
bir müddətdir ki, bu ölkələr, xüsusilə Səudiyyə Ərəbistanı (ABŞ-ın anlayışlı dəstəyini də alaraq) əlaqələri bərpa etmək üçün təşəbbüslər göstərirdi. Xüsusən də Misir mediasına çatan son məlumatlara görə,
aralarında Misirin də yer aldığı bu 4 ölkənin Qətərlə uzlaşma yollarını tapdığı haqqında xəbərlər gəlir.Makronla görüşdən sonraMisirin Xarici İşlər nazirindən müsahibə götürən Misir televiziyasındakı görüntülərdən anladığma görə,
Misir Sisinin Fransaya etdiyi axırıncı rəsmi səfərə son dərəcə önəm verir.
Misir Prezidenti Sisinin bu səfəri zamanı Fransa Prezidenti
Makron, silah satmaq naminə, Misirdəki insan haqları pozuntularına məhəl qoymayaraq əlaqələri davam etdirəcəyini də açıqlamışdı.
Adıçəkilən bu dörd ölkənin Qətərlə bəzi addımlar atmaqda olduqları haqqında xəbərin bu səfərdən sonra ortaya çıxmasının bir təsadüf olmadığına işarət edən diplomatik qaynaqlar,
indi Doha ilə atılmaqda olan bu addımların Türkiyə baxımından regionda və Şərqi Aralıq dənizində nə ifadə edəcəyinə baxmaq lazım gələcəyini söyləyirlər.
Strateq.az
Tarix: 16-12-2020, 22:49