Sərdar Turqut“Habertürk”, Türkiyə, 15 dekabr 2020-ci il Türkiyə ilə Liviya arasında dəniz zonaları haqqında imzalanan anlaşmanın memarı kimi tanınan təqaüdçü kontr-admiral
Cihat Yaycı “Türkiyənin dənizarxası qonşusu İsrail: Türkiyə ilə İsrail arasında dəniz sektorlarının müəyyən edilməsi” başlıqlı məqaləsini İsraildəki Moşe Dayan İnstitutunun
“Turkeyscope” səhifəsində nəşr etdirdi.
Qərb və İsrail qaynaqları bu məqalənin İsraildə xeyli həyəcanla qarşılandığını və müzakirə edildiyini söyləyirlər.
“Al-Monitor” saytının mövzu ilə bağlı yayımında da bildirdiyi kimi, Türkiyənin yüksək səviyyəli vəzifəli şəxslərinin İsrail platformalarında bu cür yazılarla çıxış etməsi olduqca nadir rast gəlinən bir durumdur.
Prezident
Ərdoğanla da dialoqunun olduğu bildirilən kontr-admiral Yaycı,
dənizdəki iqtisadi sektorlar haqqında Liviya ilə əldə edilən anlaşmanın bənzərinin İsraillə də imzalanması haqqındakı təklifini ilk dəfə bir müddət öncə
“Habertürk” televiziya kanalında qatıldığı bir diskussiya proqramnda açıqlamışdı.
Ancaq bu mövzuda olan bir məqalənin tam da bölgəmizdə güc balanslarının yenidən oturdulması üçün qarşılıqlı olaraq bir sıra təşəbbüslərin edilməsi haqqında xəbərlərin gəldiyi bir dövrdə İsraildə nəşr edilməsinin maraqlı olduğuna işarət edən bəzi mütəxəssislər bunun
Türkiyə ilə İsrail arasında bəzi önəmli hadisələrin baş verməsinin mümkün olmasının bir işarəti ola biləcəyini də qeyd edirlər.
“Qazan-qazan” əməkdaşlığıMəqalədə Türkiyə ilə İsrailin imzalaması üçün təklif edilən dəniz sektorları haqqındakı yeni anlaşmanın detalları maraqlıdır.
Türkiyə ilə İsrail arasında bu məsələ ilə bağlı bir anlaşma olduğu təqdirdə, anlaşmanı əks etdirən müvafiq xəritədə Aralıq dənizində hazırda Cənubi Kiprin üzərində haqq elan etdiyi 8, 9, 11 və 12 saylı blokların İsrailə verilməsi təklif edilir. Məqalənin nəticə bölümündə bunun
İsrail üçün 16 min km2 -lik yeni sahə anlamına gələcəyi də vurğulanır.
Məqalədə
təklif edilən anlaşmanın, hər iki ölkə baxımından da, “qazan-qazan” məntiqinə söykənəcəyi və bunun iki ölkəyə də Aralıq dənizində üstünlük təmin edəcəyi vurğulanır.
Məsələ ilə əlaqədar yazılar dərc edən nəşrlərdə bildirilir ki, bu səbəblə,
təklif edilən yeni yanaşma İsraildə xeyli həyəcan yaradıb və son illərdə Türkiyəyə təmkinlə yanaşan İsrail hökuməti bu yanaşmanın iki ölkə arasındakı münasibətlərin perspektivlərinə necə təsir edə biləcəyilə bağlı “beyin fırtınaları” keçirməyə başlayıb.
Diplomatik qaynaqlar, bu yeni anlaşma təklifinin İsraillə Türkiyə arasında bir sıra görüşlərin keçirilməkdə olduğu və Türkiyənin İsrailə yeni səfir təyin edəcəyi ilə bağlı xəbərlərin çıxması ilə üst-üstə düşdüyü bir dövrdə edilməsinin
“Türkiyə İsraillə əlaqələri baxımından yeni addımlar atmağın ərəfəsindədirmi?” sualının verilməsinə səbəb olacağına da diqqət çəkdilər. Bəzi qaynaqlar da diqqəti NATO və ABŞ-la əlaqələrin önəmli bir şəkildə Türkiyənin gündəliyinə girdiyi bir halda, İsrail amilinin də bu şəkildə dövrəyə soxulması arayışının təsadüfi olmadığına çəkdilər.
Tərcümə Strateq.az-ındır
Tarix: 16-12-2020, 11:00