Yaponiya və Çinin ərazi mübahisələri gərginləşdi


Yaponiya və Çinin ərazi mübahisələrigərginləşdi


Yaponiya və Çin arasındakı ərazi mübahisələri münasibətləri yenidən gərginləşdirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Çin dənizində yerləşən və Yaponiyanın Senkaku, Çinin isə Deyaou adlandırdığı 5 ada və 3 qayalıqdan ibarət kiçik arxipelaq ölkələr arasında problemə çevrilib. Yaşayış olmayan bu adaları hər iki ölkə öz ərazisi hesab edir
Çinin bölgədə aktivləşməsindən sonra gərginlik yenidən artıb. Yaponiya və Çin Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri 1.5 saatlıq onlayn konfrans keçirib. Yekun həllə nail olmaq mümkün olmayıb. Yaponiya Xarici İşlər Nazirliyi isə Çinin gücdən istifadə edərək status-kvonu öz lehinə dəyişmək cəhdlərini qəbuledilməz adlandırıb. Bu yolla münaqişənin daha da alovlandırılmasına yol verməməyə çağırış edilib.
Tarix: 16-12-2020, 10:25
Xəbəri paylaş



Xəbər lenti