ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanı “Aralıq dənizindəki sabitliyə hədə yaratmaqda” və bu regionun ölkələri arasında “xaos, münaqişə və ixtilaf yaratmaqda” ittiham edib.Dekabrın 15-də səsləndirdiyi bəyanatı ilə Pompeo Rusiya xarici işlər naziri
Sergey Lavrovun bəyanatına cavab verib.
Lavrov demişdi ki, Birləşmiş Ştatlar bu regionda “siyasi oyunlar oynayır”.
Pompeo deyib ki, Lavrov yenə də “faktları təhrif edir və tarixi yenidən yazmağa cəhd göstərir”.
ABŞ dövlət katibi Moskvanı Liviya, Suriya və Aralıq hövzəsinin başqa ölkələrindəki hərəkətlərinə görə günahlandırıb.
Moskva ilə Vaşinqton arasında münasibətlər Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra korlanıb. Bu münasibətlər 2016-cı il ABŞ seçkisinə Rusiyanın iddia olunan müdaxiləsindən sonra daha da pisləşib.
AzadlıqRadiosu yazır ki, ABŞ-da prezident seçilmiş Co Baydenin Kremlə qarşı onun insan haqlarını pozması ilə bağlı sərt mövqe tutacağı gözlənilir.
İndiki prezident
Donald Tramp dəfələrlə Rusiya ilə yaxın münasibətlər istədiyini və prezident
Vladimir Putinə heyranlığını bildirib.
BMT embarqosunu pozan, qətnamələri bloklayan MoskvaRusiyanın Aralıq dənizi hövzəsindəki siyasətlərini pisləyən Pompeo deyib ki, ABŞ özünün şərqi Aralıqdakı müttəfiqləri ilə bölgədə “daha möhkəm stabillik, təhlükəsizlik və firavanlıq yaratmaq üçün birgə çalışır”.
Dövlət katibi bir daha xatırladıb ki, Rusiya dezinformasiyadan istifadə etməklə, milli suverenliklərə hədə yaratmaq, xaos, münaqişə və ixtilaf toxumu səpməklə məşğuldur”.
Pompeo qeyd edib ki, Vaşinqton Liviyada “geniş iştiraklı hökumətin bərqərar olunmasına tərəfdardır”.
O bildirib ki, belə bir hökumət Liviya xalqının iqtisadi və humanitar ehtiyaclarına cavab verə bilərdi.
Pompeonun fikrincə, Moskva BMT-nin Liviyaya sabitlik gətirmək cəhdlərinə də zərbə vurub, BMT silah embarqosunu pozub, insan haqlarını pozanlara qarşı BMT qətnamələrini bloklayıb və özünün hərbi muzdluları ilə münaqişəni daha da qızışdırıb.
Münaqişələrin həllini əngəlləyən...O deyib ki, Rusiya Suriyada “öz xalqına qarşı müharibə aparan” Bəşər əl-Əsədin rejimini müdafiə edib və bu ölkəyə də sabitsizlik gətirib.
Onun sözlərinə görə, Moskvanın bu ölkədəki siyasətləri humanitar böhran yaradıb və əhalinin yarısını didərgin salıb.
Pompeo habelə Rusiyanı Yunanıstanla Şimali Makedoniyanı yaxınlaşdıran diplomatik səyləri sarsıtmaq cəhdində ittiham edib.
Dövlət katibi əlavə edib ki, Kremlə bağlı rusiyalılar Malta və Kipr vasitəsilə çirkli pullarını yuyublar:
"Bütün bu hərəkətlər kimin siyasi oyunlar oynadığını, regional münaqişələrdə həll prosesini əngəllədiyini aşkar nümayiş etdirir. Bu bölgənin ziyanı hesabına öz maraqlarını yeridən ölkə Rusiyadır”.
Tarix: 16-12-2020, 10:19