NATO Baş katibi Yens Stoltenberq rəhbərlik etdiyi ittifaqdakı müttəfiqlərin bir-birlərinə qarşı sanksiya tətbiq etmək məcburiyyətində qaldıqlarına görə təəssüfləndiyini bildirib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, Baş katib bu barədə Monteneqronun Baş naziri Zdravko Krivokapiçlə birgə keçirdiyi mətbuat konfransında jurnalistin Rusiyanın S-400 sistemlərinin alınmasına görə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalarla bağlı verdiyi sualı cavablandırarkən deyib.
Tarix: 16-12-2020, 08:03