"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı şəxslərindən olan Bill Qeytsin koronavirusla bağlı açıqlamaları yenidən gündəm qazanıb. Unikal.org xəbər verir ki, "CNN"ə açıqlama verən Bill Qeyts ABŞ-ın koronavirusdan çox çətin bir mərhələ ilə qarşılaşdığını ifadə edərək, "Önümüzdəki dörd-altı ay pandemiyanın ən pis dövrü ola bilər. Hətta 200 min və daha çox insan bu virusun qurbanı olacaq" deyə bildirib.
Qeyts 2015-ci ildə belə bir pandemiyanın olacağı barədə danışdığını xatırladaraq, "ABŞ-ın pandemiyanı daha yaxşı idarə edə biləcəyini düşünürdüm. 2015-ci ildə ölüm sayının daha çox olacağını qeyd etmişdim. Virus indikindən daha ölümcül ola bilər. Ancaq pandemiyanın iqtisadi təsiri beş il əvvəlki proqnozlarımı aşdı. Ölümləri minimuma endirmək istəyirik. Əsas texnologiya bir Alman şirkətinə məxsusdur. Bu səbəbdən beynəlxalq paylaşımın və iş birliyinin qarşısını almaq səhv idi" deyə açıqlamasında bildirib.
Bundan əlavə "Microsoftun qurucusu peyvəndlə bağlı suala "Növbəm gələndə mən də yan keçməyəcəm. Çünki xəstəliyin başqalarına keçməməsi hər kəsin xeyrinədir" deyə cavab verib.
Tarix: 14-12-2020, 21:55