Gürcüstanda yoluxma sayı 200 minə çatır - Qonşu ölkələrdə vəziyyət


Gürcüstanda yoluxma sayı 200 minə çatır


Rusiyada son bir gündə 27 min 328 yeni yoluxma faktı qeydə alınıb.
“Qafqazinfo” “worldometers”ə istinadən xəbər verir ki, 24 saat ərzində 450 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 47 min 391 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 124 min 797 nəfər sağalıb.
Ölkə üzrə ümumilikdə 2 milyon 681 min 256 nəfər insan koronavirusa yoluxub.



Gürcüstanda son 24 saat ərzində daha 1337 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 191 min 63-ə çatıb.
Ölkədə sutka ərzində daha 49 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 839-a çatıb. Ümumilikdə sağalanların sayı isə 161 min 681 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 357 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 148 min 682 nəfərə çatıb. Daha 17 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 503-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 125 min 966 nəfərdir.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
Tarix: 14-12-2020, 13:26
Xəbəri paylaş



Xəbər lenti