Almaniyada koronavirusa yoluxanların sayı yenidən artıb.Ölkə təkrar qapanmaya gedir. Cebhe.info xəbər verir ki, Almaniyada koronavirusa yoluxanların sayı 20 min artıb.Ölkənin səhiyyə sistemi bu qədər xəstəni müalicə etməkdə çətinlik çəkir. Buna görə də ölkədə yenidən sərt karantin tədbirləri tətbiq ediləcək.
Qeyd edək ki, gün ərzində Almaniyada 321 nəfər COVİD-19-dan ölüb. Ümumilikdə ölkədə “korona”dan ölənlərin sayı 21.787-yə çatıb.
Tarix: 13-12-2020, 12:48