"Vaksin bazarında rəqabət olmamalıdır".Cebhe.info xəbər verir ki, bunu Rusiya vaksinlərinin digər ölkələrə diskreditasiyası sualına cavab verərkən Kreml sözçüsü Dmtri Peskov deyib. "
Biz artıq belə cəhdləri görürük. Bu, həm də sərt rəqabətdir",-deyə Peskov bildirib.
"Vaksinə aid məsələlər siyasiləşdirilməməlidir",-deyə Kreml sözçüsü əlavə edib. Qeyd edək ki, artıq Rusiyada ölkə istehsalı "Sputnik V"vaksinlərinin istifadəsinə başlanılıb.
"SuperJob"portalı isə 35-44 yaş arası insanlarla sorğu keçirib və məlum olub ki, insanların 70 faizi bu peyvəndi etdirmək istəmir. 42 faiz insan bu vaksinlərin keyfiyyətinə inanmır, 28 faiz sorğu iştirakçısı isə, ümumiyyətlə, heç bir halda peyvənd etdirməyəcəyini deyib.
Xatırladaq ki, Rusiyanın səhiyyə məmurları vaksinlərin 100 faiz koronavirusdan müdafiə etmədiyini xəstəliyi yüngülləşdirdiyini, yəni yüngül formada keçməsini təmin etdiyini deyir.
Rusiyalı mütəxəssis Vadim Tarasov isə bildirib ki, bir dəfə peyvənd edilən 20 nəfər koronavirusa yoluxub. Tarasovun fikrinə görə, "Sputnik V"vaksini insanlara iki doza edilməlidir və 42-ci gündə təsir edir.
"Bunun 21 günü birinci iynəyə, 21 günü isə ikinci iynəyə aiddir. Ola bilər ki, 1-ci peyvəndin 2-ci günündə insan koronavirusa yoluxsun. Bunun səbəbi vaksinin hələ tam təsir etməməsi ilə əlaqədardır",-deyə Tarasov bildirib.
Bir müddət əvvəl isə "Rospotrebnadzor"un rəhbəri A.Popova qeyd etmişdi ki, vaksinlər insanları koronavirus da daxil olmaqla heç bir infeksiyadan müdafiə etmir.
"Vaksin skafandr deyil, bizi ətraf aləmdən təcrid etməyəcək",-deyə o vurğulamışdı.
Hazırda isə Moskvada Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına İnstitutun hazırladığı "Sputnik V" vaksininin 40 min nəfərə vurulması prosesi davam edir. İlk növbədə yüksək risk qrupuna daxil olan tibb işçilərinə və müəllimlərə peyvənd edilir.
İkinci rus vaksininin adı isə "EpiVakKorona"dır. Bu vaksin "Rospotrebnadzor"un "Vektor" Elmi Mərkəzi tərəfindən hazırlanıb və cari ilin 14 oktyabrında qeydiyyatdan keçib. Vaksin Rusiyanın regionlarında 40 min insana vurulacaq və 60 yaşdan yuxarı 180 könüllünün üzərində testdən keçirilib.
Rusiyanın 3-cü vaksini isə Rusiya Elmlər Akademiyasının Çumakov adına Mərkəzində hazırlanıb və bu vaksin özlüyündə tam virus cəmləşdirib. Hələlik bu vaksin kliniki təcrübədən keçməyib və 300 könüllünün üzərində testdən keçiriləcəyi bildirilir. Qeyd edilir ki, bu vaksinin qeydiyyatı cari ilin sonuna qədər mümkün ola bilər.
Tarix: 11-12-2020, 16:13