Hollandiya iki rus diplomatını ölkədən qovur –Casusluğa görə



Hollandiya (Niderland) iki rus diplomatından ölkəni tərk etmələrini tələb edib.
Strateq.az “Haberturk”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik və Kəşfiyyat Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Rusiya səfirliyində vəzifə tutan kəşfiyyat əməkdaşı ilə diplomatik rütbə daşıyan bir diplomat “texnologiya və elm” sahələrində casusluq ediblər: “Onlar ölkəmizin bu sahələr üzrə gizli məlumalarına sahiblənmək üçün cavabdeh şəxslərlə təmasa keçiblər. Və onların bəzilərini pul qarşılığında əməkdaşlığa cəlb ediblər”.
Məlumatda qeyd  olunub ki, baş verənlərlə bağlı dəlillər ölkə rəhbərliyinə təqdim olunub: “Nəticədə ən qısa zamanda hər iki rus diplomatından ölkəni tərk etmələri tələb olunub”.
Tarix: 11-12-2020, 14:18
Xəbəri paylaş



Xəbər lenti