Belarus səlahiyyətliləri koronavirus pandemiyası səbəbindən dövlət yerüstü sərhədlərindən çıxışları bağlayır.Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nazirlər Kabinetinin qərarında deyilir.
Sənəd COVID-19 xəstəliyinə səbəb olan “infeksiyanın yayılmasının qarşısını almaq üçün” qəbul edilən 8 aprel qərarında dəyişikliklər nəzərdə tutur.
Qərarda deyilir: “Belarus Respublikası vətəndaşları, habelə Belarus Respublikası ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbilərə Belarus Respublikasının dövlət sərhədindən çıxış müvəqqəti dayandırılsın”. Məhdudiyyət yol buraxılış məntəqələri, sadələşdirilmiş nəzarət məntəqələri, dəmir yolu vağzalları və stansiyaları, eləcə də çay limanlarındakı nəzarət məntəqələrinə aiddir. Dəyişikliklər sənədin imzalanmasından 10 gün sonra qüvvəyə minəcək.
Sənəddə giriş məhdudiyyətlərinin tətbiq olunmadığı bildirilir, lakin ölkəyə gələnlərin “Belarus Respublikasına gəldikləri tarixdən etibarən 10 təqvim günü ərzində özlərini təcrid etmələri” vurğulanır.
Tarix: 10-12-2020, 10:13