"Microsoft” şirkətinin qurucusu Bill Qeyts 2021-ci ildə dünya ölkələrinə yeni koronavirus əleyhinə mümkün qədər çox peyvənd paylamağı planlaşdırdıqlarını bildirib.Pravda.az-ın məlumatına görə, o deyib ki, pandemiya 2022-ci ildə hətta inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq: "Peyvəndin bərabər paylanmasını təmin etməliyik".
“Mikrosoft”un qurucusu Sinqapurdakı koronavirus peyvəndi ilə əlaqədar “Fintech” festivalından da danışıb. Bill Qeyts 6 fərqli koronavirus peyvəndinin lazımi təsdiqləri alacağını və vaksinlərin 2021-ci ilin yazına qədər paylanılmağa hazır olacağını gözləyir. O, güman edir ki, “Pfizer-BioNTech” peyvəndi yaxın aylarda təsdiqlənəcək. Habelə “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” və “Novavax” tərəfindən hazırlanan peyvəndlər də istifadə üçün təsdiqini alacaqlar.
Gələn il mümkün qədər çox peyvəndi paylamağı hədəf seçdiklərini deyən Qeyts iddia edib ki, pandemiya 2 il sonra pandemiya bir çox ölkələrdə başa çatacaq: "Beləliklə, pandemiya 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Varlı olmağınıza görə peyvəndə əl çatan olmanızı təyin etməməlisiniz. Peyvənd bərabər paylanılmalıdır”.
“Bill & Melinda Gates” Fondu artıq “AstraZeneca” peyvəndini mümkün qədər çox insana paylamaq üçün Hindistanın dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutu ilə əməkdaşlığa başlayıb. Qeyts “Novavax” peyvəndi üçün Serum ilə oxşar əməkdaşlığa başlayacaqlarını açıqlayıb. O, habelə “Johnson & Johnson” şirkətinin peyvəndi üçün başqa bir istehsalçı ilə görüşdüyünü bildirib.Report
Tarix: 9-12-2020, 08:50