ABŞ-da peyvənd olunan 6 nəfər dünyasını dəyişib


ABŞ-da peyvənd olunan 6 nəfər dünyasını dəyişib
Onlardan dördü plasebo qəbul edib, ikisi isə peyvənd olunub
 
ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndi sınaqları zamanı altı nəfər dünyasını dəyişib.
Neqativ.com “Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsinin (FDA) hesabatında deyilir.
 
Onlardan dördü plasebo qəbul edib, ikisi isə peyvənd olunub.  
 
Piylənmə və aterosklerozdan əziyyət çəkən peyvənd olunan qrupdakı pasiyentlərdən biri dərmanın ilk dozasının yeridilməsindən üç gün sonra dünyasını dəyişib. İkinci ölən könüllünün ikinci dozadan 60 gün sonra ürəyi dayanıb.
 Plasebo qəbul edənlər arasında iki nəfər infarkt və insultdan dünyasını dəyişib, daha iki nəfərin ölüm səbəbi müəyyən edilir.
 
Altı nəfərdən üçünün yaşı 55-dən yuxarı idi.
Tarix: 9-12-2020, 08:45
Xəbəri paylaş



Xəbər lenti