Paşinyanın aqibəti necə olacaq?


Paşinyanın aqibəti necə olacaq?
Aleks Qriqoriyevs: “Rusiya onu devirməkdə yox, alçaltmaq və zəiflətməkdə maraqlıdır”
 
Mixail Neyjmakov: “Nikol Paşinyanın hələ bir müddət hakimiyyətdə qalmaq şansı var”
 
Ermənistandakı müxalifət həftə sonu mitinqində Baş nazir Nikol Paşinyan və komandasına ultimatum irəli sürmüşdü: 8 dekabr günortaya qədər istefa verməli idi.
 
Müxalifət söz verir ki, əgər Paşinyan və komandası göstərilən müddətdə istefa verməsə, bütün Ermənistanda vətəndaş itaətsizliyi hərəkətləri başlayacaq. Və sonunda onu zorla kənarlaşdıracaqlar.
 
Paşinyan özü xalqa müraciətində müxalifətin təzyiqlərinə boyun əyməyəcəyini, istefa verməyəcəyini və müxalifətin tələb etdiyi kimi erkən parlament seçkilərinə getməyəcəyini bildirdi. Bəlli olduğu kimi, istefa da vermədi.
 
Maraqlıdır ki, Moskva da artıq onun hakimiyyətdə qalmasına qarşı deyil. Bəlkə də ona görə ki, Rusiya Qarabağla bağlı müqavilələrin pozulmasını və Qərbin bu işlərə qarışmasını istəmir. Bunun üçün Ermənistandakı mövcud hakimiyyəti qorumaq lazımdır.
 
Bundan əlavə, erməni mətbuatı Paşinyanın dəstəyə ehtiyacından istifadə edərək, Moskvanın yavaş-yavaş Ermənistandakı mövqelərini geri qaytardığını yazır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan Moskvaya çağrıldı. Və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri ilə ağır bir görüş keçirdi. Abazyana bir sorğu və Ermənistandakı bütün Soros agent şəbəkəsinin adlarının siyahısı verildi və sonra Moskvanın göstərdikləri qısa müddətdə hökumət postlarından kənarlaşdırılması tələb edildi.
 
Bundan əlavə, Rusiya televiziya kanallarının Ermənistanın ictimai multipleksdən çıxarılması qərarının ləğv edilməsini tələb etdilər. Ermənistan MTX-nin direktoru verilən tapşırıqları yerinə yetirmək və yenidən Rusiyaya gəlmək üçün bir həftəlik vaxt istədi.
 
Və bütün bunların fonunda Paşinyanın gələcəyi ilə bağlı sual yaranır: Birtəhər çırpınıb hakimiyyətin sükanı arxasında qalmağı bacaracaqmı? İndi Ermənistanda kimlərin sayı daha çoxdur - inqilab tərəfdarları, ya müxalifətin? Burada, yəqin ki, çox şey Paşinyanın istefasını istəyən bütün qüvvələrə təsiri olan Kremldən də asılıdır.
 
Tanınmış beynəlxalq ekspertlər baş verənləri AYNA-ya şərh ediblər.
 
Latviyalı siyasi analitikfilologiya elmləri doktorumüstəqil jurnalist Aleks Qriqoriyevs:
Azərbaycanın yerində olsam, özümü Rusiya təhlükəsindən kənarda hiss etmərəm”“Nikol Paşinyanın cəzalandırılmasının Rusiyanın son müharibədəki əsas hədəflərindən biri olduğuna inanırdım və Rusiyanın xalq hərəkatı dalğasında hakimiyyətə gələn lideri hakimiyyətdən uzaqlaşdırmaqda maraqlı olduğuna əmin idim. Barışıq müqaviləsini imzalayan Nikol Paşinyan, indi nə qədər paradoksal olsa da, bu razılaşmanın şərtləri ilə barışın qorunmasının qarantıdır, yəni onun həm Rusiya, həm də Azərbaycan üçün lazımlı olması deməkdir. 
Rusiyanın Paşinyanı kənarlaşdırmaq əvəzinə, onu alçaltmaq və zəiflətməklə kifayətlənməsi də mümkündür. Axı, yalnız Ermənistanın zəif lideri Rusiyanın tələblərinə heç bir şeydə müqavimət göstərə bilməyəcək.
 
Ancaq bunların hamısı yaxın gələcəyin işidir. Bundan əlavə, situasiya Ermənistanda kimin kimdən üstün olacağından asılıdır. Nikol Paşinyan, görünür, seçicilər arasında hələ də populyardır, lakin Moskvada İrəvanda çoxsaylı təsir agentləri olan müxtəlif çoxgedişli kombinasiya ustaları var. Çox güman ki, uzunmüddətli perspektivdə Moskva onlardan birini hakimiyyətə gətirmək istəyəcək. Bir şey aydındır: əgər Paşinyan hakimiyyətinin əvvəlində Moskvanın Ermənistandakı təsiri zəifləyirdisə, indi artacaq”.
 
Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:
Mixail Neyjmakov: 2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri daha da  möhkəmlənib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
“Lider üçün uğursuz hərbi münaqişə ilə onun hakimiyyətdən uzaqlaşdırılması arasında xeyli müddət keçə bilər. Məsələn, Yuqoslaviyaya qarşı NATO-nun “Müttəfiq qüvvələr” əməliyyatı 1999-cu ilin mart-iyun aylarında həyata keçirildi, amma Slobodan Miloşeviçin istefası yalnız 2000-ci ilin oktyabrında, “Buldozer İnqilabı”ndan sonra baş verdi. Bu situasiyalar arasındakı bütün fərqlərə baxmayaraq, hesab edirəm ki, Nikol Paşinyanın da bir müddət hakimiyyətdə qalmaq şansı var.
 
Rusiya rəhbərliyi üçün atəşkəsə dair birgə bəyanatda qeyd olunan addımların həyata keçiriləcəyinə və radikal qüvvələrin İrəvandakı mövqelərinin kökündən gücləndirilməyəcəyinə dair zəmanət almaq vacibdir. Bu baxımdan Vladimir Putinin Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı noyabr ayındakı “cəmiyyəti içəridən parçalamağın” qəbuledilməz olduğunu söyləməsi, habelə Rusiya Prezidentinin 2020-ci ilin dekabr ayının əvvəlində KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında söylədiyi Ermənistanın Baş nazirinə dair bir sıra komplementar tezisləri (“Baş nazirdən böyük şəxsi cəsarət tələb edən”, “çətin, lakin lazımi qərarlar” və “həm Baş nazirə, həm də komandasına indi dəstək olma ehtiyacı” haqqında) məhz belə şərh etmək olar. Bu, özlüyündə Ermənistanın hazırkı Baş naziri üçün yaxşı bir siqnaldır.
 
Hələlik, Ermənistan Baş nazirinin əleyhdarlarının “süvari sürəti” ilə onun üzərində qələbə qazanma ehtimalı daha azdır, çünki bu, ötən bir ayda baş vermədi. Buna baxmayaraq, Nikol Paşinyanın mövqeyi çox həssas olaraq qalır - Qarabağdakı hərbi əməliyyatların nəticələrindən başqa, çətin epidemioloji vəziyyət və iqtisadi böhran amilini də unutmayaq. Daha uzun müddət üçün Moskvaya Ermənistanda ona loyal olan, eyni zamanda əhəmiyyətli dərəcədə anti-reytinqlə yüklənməyən (Paşinyanın ölkə daxilindəki narazılığı köklü şəkildə aşağı salmaq üçün heç bir yolu görünmür) Ermənistanın Baş naziri ilə işləmək də vacibdir”.
Tarix: 8-12-2020, 22:50
Xəbəri paylaş



Xəbər lenti