Əhaliyə paylanılan yardımları mənimsəyən harın nazir çantalarla dolu pulla təslim oldu...




Koronavirus səbəbi ilə yerli xalqa paylanılan yardımları mənimsədiyi iddia edilən İndoneziyanın Sosial İşlər Naziri Peter Batubara çantalarla dolu pulla təslim olub.

Moderator.az xəbər verir ki, İndoneziya Korrupsiyaya Qarşı Mübarizə Birliyinin (KPK) rəhbəri Firli Bahuri, etdiyi açıqlamda Sosial İşlər Naziri Peter Batubaranın paytaxt Cakartanın da olduğu 5 şəhəri əhatə edən yeni növ koronavirus (Kovid-19) yardım fondundan milyonlarla dollar mənimsədiyini açıqlayıb.

Koronavirus yardım pakətlerini hazırlayan şirkətlərlə gizli şəkildə razılığa gələn indoneziyalı nazirin hesabına paylanılan hər qida paketi üçün pul köçürüldüyü ifadə edilib.Ümumilikdə 17 milyar rupiah (1,2 milyon dollar) rüşvət alan Batubara, korrupsiya şəbəkəsinin ortaya çıxarılması ilə polisə təslim olub.

Baş verənlərdən sonra nazirin çantalarla dolu pulla yanaşı lüks avtomobilləri də ələ keçirilib.

Tarix: 8-12-2020, 09:27
Xəbəri paylaş



Xəbər lenti