“Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi Türkiyə-Avropa İttifaqı gərginliyinə çevirməyi bacardıq”.APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yunanıstanın Baş naziri Kiryakos Miçotakis yerli televiziya proqramında Şərqi Aralıq dənizi və dekabrın 10-11-də keçiriləcək Avropa İttifaqı Liderlər Zirvəsi haqqında danışarkən bunu etiraf edib.
K.Miçotakis Yunanıstanın Aİ tərəfindən Türkiyəyə sanksiya tətbiq edilməsi məsələsini dəstəklədiyini bildirib.
Tarix: 8-12-2020, 09:08