“Rusiya bizə qarşı inamını itirdi, Çin üzünü çevirdi, İran bizə etibar etmirdi” - Vazgen Manukyan



2020/12/timth-1607084624.jpg

    
“1988-ci ildə qoyulmuş problemlər yenidən qarşımıza qoyulub. Bütün bu problemlər həll edilməlidir. Belə bir söz var ki, əgər sən problemi həll edirsənsə və uğursuzluğa nail olursansa, onda problemi yox, metodlarını dəyiş. Problemi həll etmək lazımdır, amma bu vəziyyətdə yox. Ermənistanla baş verən bu şirin sözlərə necə inandıq? Biz bir-birimizlə düşmən olduq”.

Ordu.az xəbər verir ki, bunu İrəvanda azadlıq meydanında Ermənistan müxalifətinin Baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan bildirib.

O qeyd edib ki, Nikol Paşinyan ilk addımlarından biri ordunun başını kəsmək olub.

“Ordunun təcrübəyə malik olan ən yaxşı komandirləri bu ordudan uzaqlaşdırıldılar. Müharibə zamanı mən Qarabağda olanda onlar qapının yanında gözləyirdilər, Nikol kimin qərargaha daxil olmaq hüququna malik olduğuna dair siyahı vermişdi. Bu generallar qərargaha daxil olmaq hüququna sahib deyildilər. Ermənistan ordusu nüfuzdan salınırdı. Biz bütün müttəfiqlərimizi itirdik. Rusiya kimi güclü müttəfiq bizə qarşı inamını itirdi, Çin üzünü çevirdi, İran bizə etibar etmirdi və beləcə təkbaşına irəli getdik. Nikol Paşinyanın ziddiyətli bəyanatları isə bizi hər gün müharibəyə yaxınlaşdırırdı”, - deyə Vazgen Manukyan qeyd edib.

Alpər Mövludoğlu
Tarix: 7-12-2020, 17:06
Xəbəri paylaş



Xəbər lenti