QƏTƏR UĞRUNDAKI SAVAŞIN GÖRÜNMƏYƏN ÜZÜ:London-Moskva-Ankara xəttinə qarşı Vaşinqton-Berlin ittifaqı qurulur...


Ərgün Dilər
“Takvim”, Türkiyə, 04 dekabr 2020-ci il
 
Qətər məsələsi bitməyəcək. Bu, açıqca ortadadır. Anlaşlır ki, arxasınca hadisələr çox şiddətli şəkildə inkişaf edəcək. Qətər Türkiyəyə sərmayə qoydu, pul gətirdi, ortaqlıqlar qurdu, hissələr aldı. Yalnız Türkiyəyə sərmayə qoymur. Ancaq burada addımları böyüdülür. Çünki pərdə arxasında olanları nə bilən, nə də söyləyən var. Məsələnin mahiyyəti bu idi. Bir neçə gün Qətərdən yazdım. Dünən yeməkdə bir qardaşım təkrar sual verincə, düşündüm ki, “deyəsən, məsələyə fərqli pəncərədən təkrar baxmaq şərt oldu”.
Məsələni daxildən xaricə doğru getməklə açaq. İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı sui-qəsd iddiası ortaya atıldı. O, dünən “AKP dövrü ilə bağlı 40-dan çox korrupsiya və saxtakarlıq dosyesi üzərində işləyirik” dedi.
Qətər məsələsilə bağlı bayrağı heç kimə buraxmayan CHP lideri dünən yenə sərt çıxış etdi. Qılıncdaroğlu, AKP-dən olan bir sabiq millət vəkilinin “Qətər Türkiyəni bəsləyir” sözlərinə reaksiya verdi və “Nə zamandan bəri Türkiyə Cümhuriyyəti Qətərin bəsləməsi oldu?” deyərək sual etdi. Və davam etdi: “Türkiyə Silahlı Qüvvələrinin ən önəmli fabrikinin pulsuz olaraq Qətərə verilməsini əsla qəbul edə bilmərik. Arxasında kim olursa olsun, arxalarına kimi alırlarsa alsınlar, tank tırtılı fabrikinin Qətər ordusuna peşkəş edilməsi Türkiyə Cümhuriyyətinə və ordusuna xəyanətdir…”
Gözlənildiyi kimi, Ərdoğan da gecikmədən cavab verdi: “Hər şeyi sənədlərilə ortaya qoyduğumuz halda, hələ də bundan danışırıq. Buradan sənə çörək çıxmaz, boşuna danışma”.
Bu arada Prezident Ərdoğan, Qılıncdaroğluna “məhkəmədə hesab ver” deyərək, öncəki gün söylədiyi “Qətər firmasından təlimat almaq” və “sələmçilərə pul yedirtmək” sözlərinə görə təzminat davası açıbdır.
Bütün bunların baş verdiyi halda, çox qəribə bir hadisə də oldu. Dənizlidə bir avtomobilə qarşı həyata keçirilən əməliyyatda 50 ədəd qələm formasında sui-qəsd tapançası və bu silaha aid 175 ədəd mərmi ələ keçirildi.
Yaxşı, bunlar nə deməkdir? Nə üçün daxildə gərginlik artır? Məlum olmayan nədir?
Məsələni açaq. 24 mart 2016-cı ildə CBS kanalında son dəqiqə xəbəri olaraq belə bir məlumat verildi ki, 146 illik röya bitir, Rokfeller ailəsi neft işindən çıxır
“Standart oil”-u 1870-ci ildə təsis edən Con D. Rokfellerin qurduğu imperiya artıq başqa bir sahəyə yönəlirdi. Ailə “Exxon-Mobil”-dəki hissələrini də satırdı. Rokfellerin buraxıb getdiyi “Exxon-Mobil” “Qatargas” ilə ortaq idi. Birlikdə qurduqları sağlam təşkilatları var idi.
Qətərin maye qaz şirkəti olan “Qatargas” Çinin “PetroChina” şirkətilə 22 illik təbii qaz anlaşması imzaladı. Çin, ingilis ağlının təklifilə, Asiya-Sakit okean hövzəsində qurduğu şəbəkəyə 15 ölkəni qatmışdı. Onların arasında Cənubi Koreya, Yeni Zellandiya və Avstraliya da var idi.
Yaxşı, bəs “Exxon-Mobil” hara düşürdü? Əlbəttə, Londonun tərəfinə. Hissələr satılır, Rokfeller neft işindən uzaqlaşırdı. Səhnə önündə Rotşildlərin, arxasında isə başqa güclü ailələrin olduğu tərəf “Exxon-Mobil”-i ələ keçirirdi. Ələ keçirdikləri üçün də Londonun komandası ilə hərəkət edən “İpək yolu”- Çin ssenarisinə dəstək verilirdi… Azərbaycan Türkiyənin böyük dəstəyilə Naxçıvandan dəhliz açırdı. Bu dəhliz Türkiyəni Naxçıvandan Azərbaycana, oradan Xəzər dənizi vasitəsilə türk cümhuriyyətlərinə, sonra da Asiya-Sakit okean regionuna bağlayırdı. Əks tərəfdən baxıldığında da, Asiya-Sakit okean regionunu Türkiyə üzərindən Avropaya, eyni zamanda Afrikaya bağlayırdı.
Sürəti bir az artıraq… İstanbula gələn və burada yalnız Fənər Yunan Patriarxı ilə görüşən Pompeoya, NATO toplantısında Türkiyəyə qarşı aydın mövqe tutmasilə diqqəti cəlb edən ABŞ xarici işlər nazirinə baxaq. Yeddi ölkəni əhatə edən vidalaşma turunda öncə Fransaya gedən Pompeo orada “Ərdoğanı fəaliyyətlərinin xalqının yararına olmadığına inandırmaq üçün Avropa və ABŞ-ın birlikdə çalışması lazımdır. Türk hərbi gücünün artan şəkildə istifadə edilməsi bizi qayğılandırır” dedi. Sonra da İstanbula gəldi.
Pompeo, Koç ailəsinin sahib çıxdığı, böyütdüyü bir şəxsdir. Vest Pointi (ABŞ Hərbi Akademiyası –  tərc.) bitirdikdən sonra Koç ailəsi pul vermiş, şirkət qurdurmuşdu. Yəni, o, Sentry International”-ın rəhbəri, Koçun da ortağı idi. Sentry International” neft sahələrində istifadə olunan xüsusi maşınlar istehsal edən bir şirkətdir. Ailəcə MİT (Massachusetts Institute of Technology) məzunu olan Koçlar neftin, eyni zamanda kimyanın sehrbazları idilər, rəqibləri yox idi. Koç ailəsi Pompeoya dəstək verərək önünü açırdı.
Yeri gəlmişkən, Trampın İŞİD və Suriya ilə bağlı siyasətini son həmlə ilə dəyişdirən daim Pompeo-Pentaqon xətti olurdu.
Aleksandr Bortnikov və Sergey Narışkin kimi çox önəmli şəxslər ABŞ-a gəldilər. Pompeo və Milli Kəşfiyyat direktoru Den Koutsla bir “gizli” toplantı keçirdilər. Həmin heyət Rusiyada Bayden sonrasında (Bayden hakimiyyətə gəldikdən sonra – tərc.) Putini devirmək üçün düyməyə basmışdı belə…
Eyni heyət Türkiyəyə, eyni zamanda Londona yaxın olan Reks Tillersonu da xarici işlər naziri vəzifəsindən uzaqlaşdırdı. Tillerson “Exxon-Mobil”-in sabiq baş icraçı direktoru idi. Tillerson Qətərlə çox yaxından maraqlanır və onun qlobal miqyasda zərər görməsini əngəlləyirdi.
Milli Təhlükəsizlik Agentliyindəki (NSA) “dəmir ləbləbi” Ceyms Kelli isə Tillersonun əlaqələrini ortaya çıxarır və neytrallaşdırılmasını təmin edirdi. O, tvitlə vəzifədən uzaqlaşdırılan ilk ABŞ Xarici işlər naziri olurdu.
İndi də gəlin, bir az geriyə gedək. Bir mükafatlandırma mərasimini yada salaq. Məncə, 2009-cu il idi. Koç ailəsinə ABŞ-ın xeyriyyə sahəsində ən nüfuzlu mükafatı olan Carnegie Medal of Philanthropy verildi. Koç ailəsi həmin il mükafat alanlar arasında amerikalı olmayan yeganə ailə oldu. Daha öncə amerikalı olmayan bir hindli (Tata), bir ingilis (Sainsbury), bir də yapon (Inamori) bu mükafata sahib olmuşdu. Koç ailəsi adına mükafatı ABŞ-da iş dünyasının və xeyriyyəçiliyin simvolik şəxslərindən bir olan Devid Rokfellerin əlindən alan Rahmi Koçun nitqinin son cümləsi belə idi: “Bu mükafatı yalnız ailəm üçün deyil, ölkəm üçün də alıram…”
Rahmi Koçu uzun zamandır tanıdığını bildirən Devid Rokfeller də “Koç ailəsinin gördüyü işlərin çox dəyərli olduğunu, Türkiyənin gələcəyində bu yardımların önəmli rol oynayacağını” söyləyirdi.
Qətər prizmasından diqqətlə baxsanız, dünyanın zirvəsində gedən mübarizəni də görərsiniz. Bu mübarizə bütün ölkələri öz içinə alır. Kimsə kənarda qala bilməz. Bu da dəqiq, aydın və qətidir.
Rokfeller ailəsi Koç ailəsini böyük patron kimi qəbul etdi. Qarşıda isə öndə Rotşildlər, arxada da bambaşqa, adı məlum olmayan güclü ailələrin ittifaqı varBurada London və Berlin önəmlidir. London, Ankara və Moskva üzərindən Pekinə uzandığı halda, Berlin də birbaşa Vaşinqtona kilidlənmiş durumdadır. Məsələnin də, gedən mübarizənin də mahiyyəti budur.
CHP və bütün müxalifət Qətər məsələsindən istifadə edərək, Türkiyənin “İpək yolu”na inteqrasiya olunmasın qarşı çıxır. Bütövlükdə Asiya-Sakit okean regionuna qarşıdırlar. AKP-MHP ittifaqı isə “Haydı ordan, maraqlarımız buradadır. Siz nə deyirsiniz?” deyərək cavab verir.
Bu mübarizə çox önəmlidir. Hələ çox sərtləşəcəkdir. Gərginlik dolu günlər qapıdadır. Baxaq, görək, nələr olacaq. Amma işarətlər heç yaxşı deyildir…
Tərcümə Strateq.az-ındır
Tarix: 6-12-2020, 20:20
Xəbəri paylaş



Xəbər lenti