Nikolay Petrosyan: "Əgər Ermənistanda hakimiyyətə Vazgen Manukyan gəlsə…"



74 yaşlı siyasət üçün Vazgen Manukyan əla formadadır. Müxalifətin mitinqində o, rəhbərlik etməyə çalışdığı müvəqqəti hökumətin fikir verməli olduğu proqram haqda mühüm tezisləri qeyd etdi.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu erməni politoloq Nikolay Petrosyan teleqram-kanalında yazıb.
Ekspert Ermənistan müxalifətinin təklif etdiyi proqramdan əsas məqamları qeyd edib: "Biz üçtərəfli bəyanatla heç vaxt barışmayacağıq, lakin onun yerinə yetirilməsindən imtina edə bilmərik"; "Tərtib olunmuş bəyanatı dəqiqləşdirmək və hər bəndin ermənipərəst yozumu üçün mübarizə aparmaq lazımdır"; "Ermənistan beynəlxalq antitürk koalisiyasına daxil olmağa çalışmalıdır".
"Təəssüf ki, müxalifətin mitinqi ilə bağlı müsbət təəssüratlar bununla bitir. Qalan hər şey tam məyusluq doğurur. Vazgen Manukyan Rusiya ilə müttəfiqlik əlaqələrinin möhkəmləndiyini, antitürk koalisiyasına daxil olmağa çalışdığını bəyan edir, halbuki bu, əslində bir-birini inkar edən hərəkətlərdir. Təəssüf ki, bu, müxalif namizəd üçün aydın deyil. Yenə təəssüf ki, Vazgen Manukyan hökumətə namizədlərin adlarını çəkməyib və Ermənistanın çoxsaylı problemlərinin necə həll ediləcəyinə dair fikirlərini açıqlamayıb. Nikol Paşinyanın, mahiyyətinə görə boş olan "yol xəritəsi" müxalifətin deklarativ bəyanatlarından daha məzmunlu sənəd kimi görünür", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, mitinqdə qalan hər şey daha pis idi.
"Paşinyana fiziki divan tutulması, korrupsiya ilə bağlı əsassız iddialar, həyət şpanası səviyyəsində təhqirlər, əgər spikerlərə inansaq, 2018-ci ilə qədər etalon razılıq və anlaşma şəraitində yaşamış cəmiyyətin parçalanması ittihamları... Bununla yanaşı, konkretlilik sıfır səviyyəsindədir. Olan yalnız dünya birliyinin hörmətini qazanacaq və Rusiya ilə daha sıx dostluq edəcək güclü Ermənistanın qurulması barədə adi danışıqlardır. Nəticə məyusedicidir: Paşinyan istefa verməlidir, amma əvəzinə Manukyan gəlsə, Ermənistanda... köhnə hamam, köhnə tas olacaq. Güman edirəm ki, intellektual elitanın nümayəndələrinin iştirakı ilə hüquqi sahədə geniş siyasi və ictimai müzakirələrə ehtiyac var. Kütlənin dəyişən əhval-ruhiyyəsinə güvənmək yetər”, - deyə o vurğulayıb.
Tarix: 6-12-2020, 18:58
Xəbəri paylaş



Xəbər lenti