“Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyəti Ərdəbil həbsxanasında koronavirusa yoluxmuş məhkumların dərhal sərbəst buraxılmasına çağırıb.GAMOH-dan Cebhe.info-ya daxil olan məlumata görə, bu barədə qurumun yaydığı bəyanatda deyilir. Bəyanatda Ərdəbil həbsxanasında saxlanılan Güney Azərbaycan milli-mədəni fəallarının həyatının ciddi təhlükə altında olduğu bildirilir.“Geniş məlumata əsasən bildiririk ki, milli siyasi fəallar: Abbas Lisani, Yusif Kari, Əli və Rza Vasiqi qardaşları və bir sıra digər məhbusları koronovirus infeksiyasına yoluxublar"-bəyanatda belə deyilir.
Qurum İran hakimiyyətinin virusa yoluxmuş məhkumların sərbəst buraxmağa və onların müalicəsinə yardım etməyə çağırıb. Qedy edək ki, təşkilat güneyli siyasi məhkumların ağır şəraitdə saxlanmaları barədə BMT-yə məlumat vermişdi.
Tarix: 6-12-2020, 15:36