İran tərəfi İsrailin paytaxttı Təl-Əvivdə “Mossad”ın yetkilisi Fahmi Hinavinin öldürüldüyünü iddia edib. Cebhe.info xəbər verir ki, iddiaya görə, Fahmi Hinavi öz maşınında güllələnib.İran mediasında yayılan xəbərlərdən aydın olur ki, Fahmi Hinavi qırmızı işıqda dayanarkən 15 atəşlə qətlə yetirilib.İran tərəfi bu qəsdin nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsinə cavab olaraq həyata keçirildiyini bildirib.
Qeyd edək ki, bir müddət bundan öncə İranın nüvə texlologiyaları üzə tanınmış alimi Möhsün Fəxrizadə öldürülüb. İran tərəfi alimin qətlinə görə ABŞ və İsrailin günahkar olduğunu bəyan edib.İranın Ali dini lideri Seyidəli Xamneyi alimin qisasının alınacağını bildirib. İran prezidenti Həsən Ruhani də alimə sui-qəsd edənlərdən qisas alınacağını bəyan etmişdi.
Tarix: 6-12-2020, 15:17