Bayden Rusiya və İrana münasibətini açıqladı



ABŞ Prezidenti seçilən Co Bayden Rusiya, İran, Çin və digər ölkələrə “çoxtərəfli yanaşma” planını açıqlayıb.
Axar.az xəbər verir ki, o, bu barədə CNN-ə danışıb.
“Biz yalnız İranla deyil, Rusiya, Çin və başqa ölkələrlə əlaqə qurmalıyıq ki, böyük bir qrupun hissəsinə çevirilək”, - deyə siyasətçi bildirib.
Eyni zamanda, Bayden bəyan edib ki, vəzifəyə gələnədək ABŞ-ın siyasətini formalaşdıra bilməz:
“Lakin mən istər Avropada, istərsə də Hind və Sakit okean regionunda sıx müttəfiqlik münasibətlərini bərpa etmək istəyirəm”.
Bayden, həmçinin etiraf edib ki, onu Avropa Birliyi ilə mürəkkəb danışıqlar gözləyir.
Tarix: 4-12-2020, 12:57
Xəbəri paylaş



Xəbər lenti