Erməni separatizmi Rusiyada da dişlərini göstərməyə başladı – VİDEO


Erməni separatizmi Rusiyada da dişlərini göstərməyə başladı –         VİDEO
Azərbaycanlılar bu fürsətçilərin, separatçıların hisslərini yaxşı başa düşürlər
 
Dağlıq Qarabağ Qafqazda erməni separatçılığının baş qaldırdığı yeganə bölgə deyil. Gürcüstanın Cavaxetiya bölgəsində erməni separatçıları uzun illərdir hakimiyyət üçün başağrısı yaratmaqla məşğuldurlar. Eyni vəziyyətin Şimali Qafqaza da aid olduğunu deyə bilərik. Burada yaşayan ermənilər dəfələrlə separatçı meyllər nümayiş etdiriblər.
 
Məsələn, Rostov vilayətində ermənilərin əhalinin yarısından çoxunu təşkil etdiyi bütöv bir inzibati bölgə var. Söhbət Myasnikovski rayonundan gedir. 2010-cu il əhalinin siyahıya alınmasına görə, bu rayonun əhalisinin 56,1%-i etnik ermənilərdir. Burada ermənilər kompakt şəkildə Çaltır, Krım, Bolşiye Salı, Sultan-Salı, Nesvetay və s. kəndlərində yaşayırlar.
 
Bundan əlavə, hələ keçən əsrin 90-cı illərinin ortalarında Qarabağdan olan erməni səhra komandirləri, Rusiyanın Krasnodar və Stavropol bölgələri üzərində nəzarəti quraraq yerli erməni cinayətkar dəstələrini dəstəklədilər. Daha sonra erməni mafiyası yerli güc strukturlarına və qanunverici orqanlara daxil olmaq üçün fəaliyyətə başladı. Cinayət keçimişlərinin onlara mane olduğunu görüb, 2000-ci illərin ortalarında fəaliyyətlərini leqallaşdıraraq, “uğurlu iş adamları”na çevrildilər və yerli hökumət orqanlarına nüfuz etməyə başladılar.
 
Bu yaxınlarda sosial şəbəkələrdə Myasnikovski rayonundan bir video yayılmışdı. Bölgəyə girməmişdən əvvəl rayonun adı iki dildə - rus və erməni dillərində olan bir lövhə var: “Myasnikovski rayonuna xoş gəlmisiniz”. Erməni aksenti ilə danışan adamın səsi ilə müşaiyət olunan videoda tezliklə bu cür işarələrin Rusiyanın bütün cənub şəhərlərində - Anapa, Soçi və s. qurulacağı söylənilir.

 
Rusiyalı beynəlxalq münaqişələr üzrə ekspert, müstəqil araşdırmaçı jurnalist Yevgeni Mixaylov bu videoya istinad edərək qeyd etdi ki, cəmiyyətin diqqətini, belə videoların millətlərarası münasibətlərə sakitlik qatmayan ümumi bir təxribat olduğuna yönəltmək istəyir: “Bu videonun artıq xüsusi xidmət orqanlarının diqqətini cəlb etdiyi aydındır və fikrimcə, buna o qədər də sərt reaksiya göstərməyə ehtiyac yoxdur. Myasnikovski bölgəsinə gəldikdə, girişdəki yazı uzun illərdir mövcuddur və həqiqətən tarixən erməni millətinin bir çox nümayəndəsi Çaltır kəndində yaşayır. Elə Rostov vilayətinin özündə olduğu kimi. Yeri gəlmişkən, rayonun özündə sakinlərin çoxu artıq ermənilər deyil. Bir çox şəhər sakini Rostov-Dona bitişik ərazidə məskunlaşıb”.
 
“Beləliklə, vəziyyət tamamilə nəzarət altındadır. Müəllifin vəd etdiyi digər şəhərlərə və erməni dilindəki yazılara gəlincə, bu, axmaqlıq və sadəcə təxribatdır. Fikrimcə, işarələr və digər şeylərlə bağlı qərarlar yerli bələdiyyə tərəfindən verilir. Bir qayda olaraq, Rusiyanın cənubunda bir çox millətlərin nümayəndələri yaşayır. Məsələn, Anapada çoxlu yunan var. Heç kim buna uyğun olaraq yunan dilində yazmır və ehtimal ki, erməni dilində də yazılar əmələ gəlməyəcək. Dövlət dili var - rus dili. Və bölgədə heç bir mədəni muxtariyyət yoxdur. Çaltır və Myasnikovski bölgəsi də başqa bir hekayədir”, - deyə ekspert bildirdi.
 
Mixaylov Rusiya ermənilərinin davranışlarına ehtiyatla nikbin yanaşsa da, faktlar əksini göstərir. Ermənistanda rus dili sıxışdırılırsa, Rusiyanın özündə erməni dilində yol lövhələri quraşdırılır. Bu, düşünmək üçün ciddi bir səbəb deyilmi?
 
Bundan əlavə, ermənilərin davranışında xarici ərazilərin və tarixin mənimsənilməsi kimi mənfi meylləri də unutmaq olmaz. Bunu sübut edən yaxın keçmişdə baş verən hadisələr var.
 
Beləliklə, 90-cı illərin əvvəllərində, Krasnodar bölgəsinə ermənilərin kütləvi axını səbəbiylə, Kubanda anti-erməni əhval-ruhiyyənin artması qeydə alındı. Kubandakı ermənilərin böyük əksəriyyəti amşenlərdir. Amşen ermənilərinin mədəniyyəti və mentaliteti digər ermənilərlə eyni deyil. 90-cı illərin əvvəllərində Kubana köç edən bir çox erməninin davranış tərzi yerli əhali üçün qəbuledilməz oldu. Başqalarının əmlakının kobud şəkildə ələ keçirilməsi və rəqiblərin bazarlardan qovulması, ticarətdə qanunsuz metodlardan və cinayətkarlardan istifadə, ermənilərin həyasız davranışı bu ərazilərə yeni gələnlərin həm slavyan əhalisi, həm də amşenlər ilə qarşıdurma vəziyyətində olmalarına gətirib çıxardı.
 
Erməni iğtişaşlarının Krasnodar bölgəsində 2002-ci ilin sentyabrında (Slavyansk-Kuban şəhəri) və 2005-ci ilin martında (Novorossiysk şəhəri) başlaması təəccüblü deyil. Talanların, qətliamların yer aldığı Krasnodar bölgəsindəki ermənilərə qarşı bu cür düşmənçiliyin səbəblərini nəzərdən keçirməyə dəyər. Azərbaycanlılar bu təxribatçıların, separatçıların hisslərini yaxşı başa düşürlər - dünən onlarla qonşu olanlar birdən-birə ərazi iddiaları qaldırmağa və onları doğma torpaqlarından, sıxışdırmağa, qovmağa başlayırlar...
Tarix: 3-12-2020, 23:08
Xəbəri paylaş



Xəbər lenti